fbpx

“Onlar kimi nə dayım var, nə başqa kəsim, başıma bir iş gəlsə…”

Rüya Yorumları burda

BEY MEDIA İnformasiya agenti xəbər verir


Metbuat.az kulis.az-a istinadən evindən 80 min manatlıq qızıl zinət əşyaları oğurlandığını iddia edən aktrisa Çimnaz Sultanova ilə müsahibəni təqdim edir.

– Çimnaz xanım, sizdən sonra Zərif xanım da açıqlama verib, medianı pisləyib, lənətləyib. İstərdim bizə də məlumat verəsiz ki, niyə belə deyir? Nədir problem?

– Hal-hazırda biz müstəntiqlə bu barədə danışmışıq. Mən bu paylaşımı edərkən məsləhətləşib etmişəm və insanlardan xahiş etmişəm ki, heç nədən qorxmayın, çəkinməyin. Çünki bu qadın çox dələduz işlərlə məşğuldur və bir çox insana külli miqdarda ziyan vurub. Amma hamını qorxudur, hədələyir. Biz onunla tanışlığımız bir verlişdə olub. O, mənə təklif elədi ki, aparıcılıq eləyim orda. O veriliş də niyə bağlandı? Sponsordan aldığı pullardan heç kimə maaş verməmişdi. Kanalın özünə də borcu vardı. Onu hamı çox yaxşı tanıyır. Bilirlər ki, necə biridir.

Rüya tabirlerini burdan oku

Axşama yaxın istəyirəm ki, bir paylaşım da edim. Deməli, bu insan evimdə olan oğurluğu öz boynuna götürüb. Ekspertizaya da vermişik. O özü, öz təşəbbüsü ilə mənə təklif etmişdi ki, gəl, müqavilə bağlayaq və mənə vaxt ver. Həmçinin anasının da, bacısının da, keçmiş həyat yoldaşının da, səsyazmaları və video görüntüləri mən də var. Onlar gəlib bizdən xahiş ediblər, hətta “kupça”nı da gətiriblər və deyiblər ki, “bunu 55 min qiyməti var, götürün”. Onların xəbərləri var, kimlərə necə atır, kimləri necə aldadır. Bu ailə stress içində yaşayır. Anası da deyir ki, mən onu övladlıqdan çıxaracam.

– Bəs Zərif xanım övladının psixoloji sarsıntıya məruz qaldığını, qızının psixoloji problemləri olduğunu, intihar etmək istəyini deyir.

– Mən bir anayam. Həmişə istəyirdim ki, qız övladım olsun. Bu qıza mən öz qızım kimi, öz övladım kimi yanaşırdım. Yəni ki, məni tanıyan tanıyır, bilirlər ki, necə əliaçıq insanam. Bu uşaq üçün, inandırım sizi, anasından daha çox şey etmişəm. Əlimdə faktlar var, sübutlar var. Anası onun başına elə bir iş açıb ki, dəhşətdir. Mən bunu biləndə, şokdaydım. Qız nə çəkirdi, nə görmüşdü, Allah heç bir övlada göstərməsin.

– Bu ailədaxili məsələ idi?

Bəli, ailədaxili məsələ idi. Mən Zərifini necə pis ana olduğunu, uşağına nələr etdiyini də hamıya göstərəcəm. Uşağın başına nə pis iş gəlibsə, hamısı onun anasının ucbatından gəlib. Bu faciəvi bir şeydir, bir qızuşağı üçün.

– Neçə yaşı var?

– 2018-də 13 yaşı var idi.

– Siz nə vaxtdan bildiniz?

– Elə 2018-dən.

– Əlinizdə faktlar varmı, ciddi faktlar?

– Bəli, məndə zənglərin hamısı var. İndi hazırlayıram onları. Sadəcə müstəntiq mənə məsləhət gördü ki, əvvəl onun özündən ifadə alınsın. Bir neçə dəfə çağırılıb, hələki gəlmir. Hərtərəfli araşdırma gedir. Sadəcə istintaq prosesinə mane olmayım deyə, bəzi şeyləri açıqlaya bilmirəm. Daha əvvəllər mənə dəfələrlə zəng edib yalvarırdı ki, qurban olum, heç kim bilməsin, özüm hamısını ödəyəcəm. Hətta o, indi deyir ki, guya biz ondan qəbz almışıq bu barədə. İndi yoxdur. Mən də deyirəm ki, bəs onda niyə polisə demirdin? Niyə şikayətçi olmurdun?

Hal-hazırda çox pis gərginlik içindəyəm. Elə adamlardan mənə zəng vurdurur, hədələyir ki, mən qorxuram. O adamın adını çəkmək istəmirəm. Sadəcə böyük yerlərdən mənə zəng edib təhdid edirlər. Zənglər var. Zəng edib deyirdi ki, qurban olum, mənə vaxt verin. Sonra da təhdid edirlər. Mən stress, gərginlik içində yaşayıram. Əgər mənə nəsə olsa, maşın vursa, ölsəm, bilin ki, onlarlıqdı. Onlar edib. Məsuliyyət onların üzərindədi. O, özünə çox arxayındı. Mənim heç kimim yoxdu, onlar kimi nə əmim var, nə dayım, nə başqa kəsim. Təkəm. Ancaq bir vətəndaş kimi Azərbaycan qanunvericiliyinə güvənirəm. Tək ümid yerim qanunlarımızdı.

– Zinət əşyalarını bir-bir götürüb, yoxsa hamısını birdən?

O deyib ki, guya bu qədər qızılları salfetkaya büküb balkondan atıb. Axı burda məntiq yoxdur. Onun bacısı Aytac, hətta anası da deyib ki, artıq biz bunun işlərindən bezmişik, bu bizim ailəmizə ləkədir. Anası onu da deyib ki, mən onu, ümumiyyətlə, övladlıqdan da çıxardıram. Hətta keçmiş həyat yoldaşı da deyib ki, biz o məsələlərə görə ayrılmışıq. Bundan da hər kəsin xəbəri var. Mən heç vaxt kiminsə haqqında pis danışmamışam, danışmaram da. Bu mənim xarakterim də deyil. Üstəlik də şər atmaq heç xasiyyətimə uyğun deyil. İnanın, mənim o uşağa yazığım gəlir. O, üzləşmə zamanı mənim üzümə baxdı, dedi, qızılları mən oğurlamışam, ancaq azyaşlı olduğum üçün siz mənə heç nə edə bilməzsiniz. Onun üzündəki gülümsəmə ifadəsini gördüm, məni ağlamaq tutdu. O, istedadlı aktyordur, çox istedadlıdır.

Bu iş bağlanmayıb. Hələ bağlanmayacaq. Bu böyük işdir, hər şey sübut olunacaq. Məni tanıyan tanıyır. Bilirsiniz, məni məyus edən nədir? Tanımadığım adamlar mənə o qədər dəstək olur, o qədər diqqət göstərirlər ki… Amma məni özünə dost bilənlər çəkiliblər qırağa, heç nə danışmırlar. Özü də hamısı işin içindədir. Heç biri zəng edib söz demirlər. Harasa açıqlama vermirlər. Mən yata bilmirəm e artıq. Valerian, Karvalol qəbul edirəm. Yatmıram. Bu söhbətin ucbatından xəstəlik tapmışam. Yenə deyirəm, bütün ümidlərim qanunlarımızadır.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu