fbpx

Onlar xalqın düşmənidir – Ayaz Salayevdən qalmaqallı AÇIQLAMA

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


“Biz kinoya baxıb kim olduğumuzu, tarixdəki rolumuzun nə olduğunu bilməliyik”.

Metbuat.az APA-ya istinadən xəbər verir ki, bunu “Azərbaycan Kinosu – 125: Reallıq, Çağırışlar və Hədəflər” mövzusunda Kino forumunda kinorejissor Ayaz Salayev deyib.

O bildirib ki, “Kinonun əsas ölçüsü maddi gəlirdir” deyənlər, Azərbaycan xalqının düşmənidir: “Çünki biz görürük ki, buna yönələnlər millətin zövqünü necə korlayırlar. Digər bir qisim isə festivallara çıxmağın əhəmiyyətini qabardır. Lakin artıq təcrübə göstərir ki, müəyyən qüvvələr son illərdə Azərbaycan kimi ölkələrin mədəniyyətini istədiyi kimi formalaşdırmağa çalışır. Onlar istəyirlər ki, Azərbaycan ekranında göstərilən həyat onların həyat haqqında təsəvvürlərinə uyğun olsun”.

Rüya tabirlerini burdan oku

Ayaz Salayev keçmişdə çəkilən filmlərin gözəl olması fikrinin çox geniş yayıldığını diqqətə çatdırıb: “Bir tərəfdən bununla razılaşmaq olar. Lakin digər tərəfdən də düşünək ki, Azərbaycan kinosu xalqımıza, ölkəmizə nə qədər borcludur”.

O bildirib ki, insan daxili aləmi, zəngin hissləri ilə var olur: “Mən təkrar edirəm, biz artıq sovetlər dövründə yaşamırıq, müstəqil ölkəyik. Biz o filmlərdə azərbaycanlıların daxili aləmini, zəngin, mürəkkəb hisslərini görmüşük. “Bayatı-Şiraz”ı, “Küçələrə su səpmişəm” mahnısını yaradan xalq, onun təfəkkürü haradadır? Kim nə deyir, desin, millətin qaymaqları ziyalılardır. Bu gün Azərbaycan ziyalısı var. Onları təkcə Bakı şəhərində yox, kənd məktəblərində, poliklinikalarında görürəm. Bəs Azərbaycan ziyalısı ekranda niyə görünmür? Mən dəfələrlə bu misalı gətirirəm. Bizim müharibədə peşə borcunu yerinə yetirərkən şəhid olan qadın qəhrəmanlarımız var. Şəkillərinə baxırsan, gözləri nur saçır. Onların ekrana gətirilməsi kimin ağlına gəlir?”



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Onlar #xalqın #düşmənidir #Ayaz #Salayevdən #qalmaqallı #AÇIQLAMA

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu