“Onun Yazıçılar Birliyinə üzvlüyü qiyamət əlamətidir”
BEY.AZ informasiya agentliyi xəbər verir
“Eynicinsli adamlar xəstədirlər. Kişilərlə kişilərin, qadınlarla qadınların evlənməsi, insanların azğınlaşması, Elza Seyidcahanın Yazıçılar Birliyinə üzv olması qiyamət əlamətidir”.
Metbuat.az bildirir ki, bu sözləri BBC agentliyinə müsahibəsində Xalq artisti Rasim Balayev deyib.
Elza Seyidcahanla bağlı “Lent.az”ın sualını cavablandıran Rasim Balayev qeyd edib ki, o verdiyi bütün müsahibə və açıqlamalarda öz subyektiv fikrini səsləndirir və heç bir jurnalist bunu dəyişdirməyə çalışmamalıdır:
“Bəli mən elə bir fikir səsləndirdim, bu mənim şəxsi fikrimdir, subyektiv düşüncəmdir, Elza Seyidcahan barədə də dediklərim səhvdir və ya düzdür, qəbul olunur, yaxud olunmur, hər bir halda bu mənim fikrimdir”.
Xalq artisti yenidən polemikalara səbəb olmaq istəmədiyini bildirib.
Ötən il Rasim Balayev bəstəkar-müğənninin şeirlərini haqda danışarkən “Ona deyən yoxdur ki, işinlə məşğul ol? Sən şair deyilsən. Bu şeirlər efirlik deyil” sözlərini demişdi.
Elza Seyidcahan isə cavab olaraq “Rasim Balayevə təşəkkür edirəm, oxucumdur, məni müzakirə edir. Rasim bəy, məni oxumağa davam edin”, – demiş, qatıldığı proqramlardan birində aktyorun alnından öpmüşdü.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Onun #Yazıçılar #Birliyinə #üzvlüyü #qiyamət #əlamətidir