fbpx

Ordumuz düşmənə ağır zərbələr vurur

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


XocalıXocavənd istiqamətində ordumuz separatçı-terrorçulara ağır zərbələr vurur”.

Metbuat.az xəbər verir ki, siyasi şərhçi Asif Nərimanlı belə açıqlama verib. O bildirib ki, Azərbaycan ordusunun düşmənə zərbə vurduğunu həm yerli, həm erməni mənbələrində yayılan informasiyaların analizi deməyə əsas verir

“Belə anlaşılır ki, proses 44 günlük müharibədən sonra ilk dəfə bu qədər genişçaplıdır” – deyə şərhçi bildirib.

Rüya tabirlerini burdan oku

Qeyd edək ki, ermənilər bu gün atəşkəsi yenidən pozublar.

Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, martın 10-u saat 09:50-dən 17:10-dək Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstəsinin üzvləri tərəfindən ordumuzun Ağdam, Xocavənd və Füzuli rayonları istiqamətlərində yerləşən mövqeləri müxtəlif çaplı atıcı silahlardan istifadə edilməklə fasilələrlə atəşə tutulub.

Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətlərdə adekvat cavab tədbirləri görülüb.

Azərbaycan Ordusunun sıralarında şəxsi heyət və texnika baxımından itki yoxdur.

Hazırda bu istiqamətlərdə vəziyyət sabitdir, əməliyyat şəraiti bölmələrimizin tam nəzarəti altındadır.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu