Ordumuzun NATO standartlarına uyğunlaşdırılan taborunun qiymətləndirilməsi aparılıb
BEY.AZ informasiya agentliyi xəbər verir
NATO-nun Əməliyyat İmkanları Konsepsiyası (ƏİK) proqramı çərçivəsində Azərbaycan Ordusunun ƏİK taboru və kəşfiyyat bölüyünün “2-ci səviyyəli yenidən NATO qiymətləndirilməsi (NEL-2) təlimi”nin məsləhətçi görüşü keçirilib.
Bu barədə Metbuat.az-a Müdafiə Nazirliyindən məlumat verilib.
Alyansın müxtəlif qərargahlarından gələn xarici mütəxəssislərin iştirakı ilə keçirilən görüşdə iştirakçılara NEL-2 təliminin planlama və hazırlıq vəziyyəti izah olunub.
Qeyd edək ki, görüşün keçirilməsində əsas məqsəd ƏİK proqramına bəyan edilmiş bölmələrimizin döyüş hazırlığı fəaliyyətləri, təminat və təchizatlarının NATO standartlarına uyğunluğunu yoxlamaq, eləcə də bölmələrin döyüş qabiliyyətinin yoxlanılması məqsədilə tərtib olunmuş qiymətləndirmə suallarının dəqiqləşdirilməsi və təsdiqlənməsidir.
Google News Abone ol
Səndə məqalə yaz
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Ordumuzun #NATO #standartlarına #uyğunlaşdırılan #taborunun #qiymətləndirilməsi #aparılıb