fbpx

“Oreşnik” raketindən istifadə Qərbə xəbərdarlıq idi

Rüya Yorumları burda


Kremlin sözçüsü Dmitri Peskov Ukraynadakı hərbi obyektin “Oreşnik” raketi ilə bombalanmasından danışıb.

BEY.AZ xəbər verir ki, o hədəfin “Oreşnik” raketi ilə bombalanmasının əslində Qərbə xəbərdarlıq olduğunu bildirib. Peskovun sözlərinə görə, Rusiyanın ABŞ-a hücum barədə məlumat vermək öhdəliyi olmasa da, hücumdan əvvəl ABŞ-a məlumat verilib. Hücumun Qərbə mesaj olduğunu deyən Peskov, Prezident Vladimir Putinin dialoqa açıq olduğunu ifadə edib. Peskov deyib ki, Putin bəyanatında gərginliyin azaldılması, münaqişənin daha da genişlənməsinin qarşısının alınması və ya sülh məqsədi daşıyan istənilən təmaslara hazır olduğunu vurğulayıb.

Qeyd edək ki, Prezident Vladimir Putin xalqa müraciətində “Oreşnik” raketi ilə Ukraynaya hücumdan danışıb. O, Ukraynadakı müharibənin qlobal xarakter aldığını bəyan edib.





Rüya tabirlerini burdan oku




ARMY.AZ USTA XİDMƏTLƏRİ

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu