fbpx

Orta aylıq pensiya məbləği açıqlandı

Rüya Yorumları burda


2025-ci ildə əmək pensiyalarının orta aylıq məbləğinin 536,31 manat təşkil edəcəyi proqnozlaşdırılır.

BEY.AZ xəbər verir ki, bu, 2025-ci il üçün büdcə zərfində əksini tapıb.

Layihəyə əsasən, növbəti ildə əhaliyə ödənişlər üzrə proqnozlaşdırılmış məbləğin 7210,53 mln. manatı əmək pensiyalarının və 198,41 mln. manatı isə məcburi dövlət sosial sığorta haqları hesabına verilən müavinətlərin ödənilməsinə yönəldiləcək. Əhaliyə ödənişlərin 2025-ci il üçün nəzərdə tutulmuş proqnozu 2024-cü ilin təsdiqlənmiş proqnozuna nisbətən 702,36 mln. manat və ya 10,47 faiz çoxdur. 2025-ci il üzrə əmək pensiyalarının ödənilməsi xərcləri əhaliyə ödənişlərin 97,32 faizini təşkil edir.

2025-ci ildə əmək pensiyalarının ödənişi xərclərinin proqnoz göstəricisi (cəmi 7210,53 mln. manat) 2024-cü ilin təsdiq edilmiş proqnoz göstəricisinə nisbətən 10,51 faiz və ya 685,53 mln. manat çox nəzərdə tutulub. 2025-ci il üzrə proqnozların tərtibi zamanı əmək pensiyaları xərclərinin nominal əməkhaqqının gözlənilən artım tempinə uyğun indeksləşdirilməsi (1011*100/933,8=108,3 faiz) nəzərə alınıb.

Əmək pensiyalarının proqnozunun hesablanması zamanı 2024-cü ilin sonuna pensiyaların aylıq məbləğinin 548,8 mln. manat olacağı, eləcə də pensiya məbləğlərində aylıq dəyişkənlik dinamikası nəzərə alınaraq, 2025-ci ildə pensiya xərclərinin 7210,53 mln. manat təşkil edəcəyi proqnozlaşdırılır.

Rüya tabirlerini burdan oku

2025-ci ildə əmək pensiyaların indeksləşdirilməsi ilə bağlı illik maliyyə yükünün təqribən 535,0 mln. manatadək olması gözlənilir. Əmək pensiyalarının orta aylıq məbləğinin 2019-cu ilin sonuna 263,59 manat, 2020-ci ilin sonuna 302,24 manat, 2021-ci ilin sonuna 331,75 manat, 2022-ci ilin sonuna 372,13 manat, 2023-cü ilin sonuna 441,30 manat, 2024-cü ilin sonuna 491,30 manat təşkil edəcəyi gözlənilir, 2025-ci ildə isə bu göstəricinin 536,31 manat təşkil edəcəyi proqnozlaşdırılır.

Pensiyaların orta aylıq məbləği 2021-ci ildə 2020-ci illə müqayisədə 9,76 faiz artıb, 2022-ci ildə 2021-ci illə müqayisədə 12,17 faiz və 2023-cü ildə 2022-ci illə müqayisədə 18,59 faiz yüksək olub. 2024-cü ilin sonuna gözlənilən məbləğin isə 2023-cü ilin müvafiq göstəricisindən 11,33 faiz yüksək olacağı gözlənilməklə, 2025-ci il üzrə müvafiq göstəricinin də 2024-cü ilin sonuna gözlənilən göstəricini 9,16 faiz üstələyəcəyi proqnozlaşdırılır.








ARMY.AZ USTA XİDMƏTLƏRİ

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu