fbpx

Orta məktəblərdə monitorinqlərin keçirilməsi vacibdir?



Mayın 18 və 19-da ölkə üzrə ümumi təhsil müəssisələrinin IV-VI siniflərində keçirilən monitorinq prosesi yekunlaşıb. Monitorinqlərdə 300 min nəfərə yaxın şagird iştirak edib. Monitorinqin nəticəsi şagirdlərin summativ qiymətləndirmə ballarına təsir etməsə də, vəziyyətdən narazı olan valideynlər var. Onlar hesab edirlər ki, monitorinqlər azyaşlı uşaqların əlavə stress yaşamasına səbəb olur.

Mövzu ilə bağlı təhsil eksperti Elçin Əfəndi BEY.AZ-a danışıb. O bildirib ki, IV-VI siniflərində keçirilən monitorinq prosesi həm şagirdlərin, həm də onlara dərs deyən müəllimlərlə bağlı müəyyən informasiyanın toplanmasına xidmət edən prosesdir. Ekspert hesab edir ki, dördüncü sinifdə imtahan verən şagirdlərin ibtidai təhsil pilləsində ümumi nəticələrinin öyrənilməsi baxımından monitorinqlərin keçirilməsi vacibdir:

Yaş 2 olsa da, fəaliyyətiniz beşlikdir" - Elçin Əfəndi

“Hazırda altıncı sinifdə təhsil alan şagirdlərin monitorinq imtahanı iki il bundan öncə aparılıb. Son monitorinqin aparılması, onların ötən iki il ərzində bilik və bacarıqlarının tətdqiqi baxımından önəmli idi. Bu məsələlər araşdırılıb tədqiq edildikdən sonra müəyyən çatışmazlıqlar istiqamətində nazirlik və tabe agentliklər müəyyən işlər aparırlar.

Analoji müşahidələr təhsil həyatında dördüncü ilini bitirən şagirdlər, həmçinin onlara dərs deyən müəllimlər üçün də keçirilib. Bu yoxlamalarda onların potensial bilik və bacarıqları, şagirdlərə ötürmə qabiliyyətinin hansı səviyyədə olması müəyyən edilir. Mən KSQ VƏ BSQ-nin tərəfdarı olmasam da, monitorinq imtahanları bir çox faktlara söykəndiyi üçün, bu imtahanların keçirilməsini vacib bilirəm.

Bu imtahanların nəticəsi həmin şagirdlərin doqquz və on birinci sinif buraxılış imtahanı zamanı müəyyən bazanın əldə olmasına imkan yaradacaq. Əldə edilən statistik təhlil ötən dövr ərzində şagirdlərdə müsbət və mənfiyə doğru hansı dəyişikliklərin baş verdiyini çatışmazlıqlar barədə informasiya verə biləcək. Valideynlər bilməlidirlər ki, monitorinqlər həm şagirdlərin, həm təhsil verənlərin, həm də təhsilin ümumi inkişafı üçün vacibdir”.

Təhsil eksperti Elşən Qafarov isə qeyd edib ki, təhsilin keyfiyyət səviyyəsinin ölçülməsi məqsədilə aparılan monitorinqlərin ibtidai təhsil səviyyəsində keçirilməsi qəbuledilməzdir:

Azərbaycanda kişi müəllimlərin sayı niyə azalır? – SƏBƏBLƏR – Medianews

“Uşaqların yaş dövrünün xüsusiyyətlərinə uyğun olaraq, onların psixoloji vəziyyətini nəzərə almaq vacibdir. Biz bu baxımdan qiymətləndirməni də ləğv etmişdik. Amma məktəb direktorları və rəhbərliyi hələ də ibtidai siniflərdə müxtəlif monitorinqlərin aparılmasında maraqlıdırlar. Hesab edirəm ki, ibtidai siniflərdə ölkə səviyyəsində monitorinqlərin aparılması doğru deyil. Yaxşı olardı ki, monitorinqlərr V-XI siniflərdə aparılsın.

Biz ibtidai təhsil səviyyəsində uşaqların daha çox məktəb mühitinə yiyələnməsinə önəm verməliyik. Ümumorta və tam orta təhsil səviyyəsində isə bacarıqlarla yanaşı, biliklərə də yiyələnməsinə və həmin biliklərin keyfiyyətinin ölçülməsi ilə məşğul olmalıyıq.

Beynəlxalq təhsil sistemində ibtidai təhsil səviyyəsində şagirdlərin qiymətləndirilməsi, monitorinqlərin aparılması, həmçinin imtahanlar onların yaş dövrünə uyğun olaraq məhdudlaşdırılır, keçirilmir. Bu yoxlamalar ümumorta və tam orta təhsil səviyyəsində aparılır. Yaxşı olardı ki, bizim təhsil sistemimizdə də uşaqların həmin dövrdəki yaşlarından irəli gələrək, psixoloji vəziyyətinə uyğun olaraq monitorinqlər ümumorta və tam orta təhsil səviyyəsində həyata keçirilsin”.

Pişəvəri adına Respublika humanitar fənlər gimnaziyasının direktor müavini Günel Vahabzadə BEY.AZ-a monitorinq prosesinin faydaları, zərərləri barədə danışaraq bildirib ki, bu metodların standartlaşdırılması, müəllimlərin daha yaradıcı və interaktiv tədris metodları tətbiq etməsini çətinləşdirə bilər:

"Aparıcı təbəqəsi gənclər olan cəmiyyət inkişafa addımlayacaq" -

“Monitorinqlər inkişafın izlənilməsinə, hər bir təhsilin səviyyəsini, bacarıqlarını və zəif tərəflərini aşkarlamağa kömək edir. Bu isə şagirdlərə xüsusi ehtiyaclarına uyğun tədris metodları tətbiq etmə imkanı verir. Monitorinq şagirdlərin akademik və ya davranış problemlərini erkən mərhələdə müəyyən etməyə imkan verir. Bu da daha vaxtında və effektiv müdaxilə tədbirlərinin görülməsini təmin edir.

Monitorinq məlumatları valideynlər, müəllimlər və digər təhsil işçiləri arasında effektiv ünsiyyəti və əməkdaşlığı artırır. Şagirdin inkişafı haqqında məlumatlar, valideynlərin təhsildə aktiv iştirakını təmin edə bilər. Şəffaflıq və məsuliyyət baxımdan təhsil sistemində etibarlılığı və məsuliyyəti artırır. Valideynlərə təhsil prosesini izləmək motivasiya və özünəinamı artırır, şagirdlərə öz uğurlarını görmək və özlərinə inamlarını taparaq, uğurlu nəticə əldə etmək inkanını yaradır”.

Günel Vahabzadə düşünür ki, eyni zamanda davamlı testlər və analizlər, öyrənmək üçün stress və enerji mənbəyi də ola bilər:

“Tədris prosesində yalnız nəticəyə nail olmaq yaradıcı düşüncənin inkişafına maneə yaradır. Məqsədyönlü öyrənmənin azalması, şagirdlərin yalnız testlərdə yaxşı nəticə əldə etmək üçün öyrənməyə çalışması mövzunun dərinliyini və anlayışını kənarda qoyur. Bəzi hallarda müəllimlər yalnız test nəticələrinə əsaslanaraq tədris etməyə meylli edir.

Fərqli şagirdlərin fərqli öyrənmə sürətləri və üslubları olduğundan, standart testlər bəzilərinin bacarıqlarını düzgün əks etdirməyə və bəzi şagirdlərin qiymətləndirilməsində ədalətsizliyə səbəb ola bilər.

Ümumiyyətlə qeyd edim ki, şagirdlərin monitorinqi, təhsil prosesində müsbət təsir edə biləcək çox sayda üstünlüyə malikdir. Lakin, bu prosesin mənfi təsirlərindən qaçmaq üçün, balanslı və şagirdlərin fərdi ehtiyaclarına uyğun bir yanaşma tətbiq etmək vacibdir. Monitorinqin effektiv və ədalətli olması üçün, həm müəllimlərin, həm də təhsil sisteminin bütün səviyyələrində dəstəkləyici və inkişafa yönəlik bir mövqe tutulması mühümdür. Şagirdlərin bacarıqlarını müxtəlif istiqamətlərdən və fərqli metodlarla qiymətləndirmək, daha dəqiq və əhatəli nəticələr əldə etməyə imkan verir. Akademik monitorinq ilə yanaşı, şagirdlərin emosional və sosial inkişafını da izləmək, dəstək olmaq vacibdir. Şagirdlərin fərdi ehtiyaclarına uyğun tədris planları hazırlamaq, onların motivasiyasını və iştirakını artırır. Toplanan məlumatların təhlükəsizliyi və məxfiliyi təmin edilməlidir. Bu məlumatların yalnız təhsil məqsədləri üçün istifadə edilməsi vacibdir”.

Gülbəniz Hüseynli / BEY.AZ

Məqalə Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi
ilə “Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” mövzusu üzrə dərc
olunub.









MÜHASİBATLIQ XİDMƏTİTÜRKÇE BİLGİ PORTALI

Bir Cevap Yazın

Back to top button

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin