fbpx

Osimheni “Qalatasaray” transfer edən menecer daha bir ulduz gətirir



“Qalatasaray” Heung-Min Sonu heyətinə qatmaq üçün hərəkətə keçib.

BEY.AZ xəbər verir ki, futbolçunun “Tottenhem”lə müqaviləsi mövsümün sonunda başa çatacaq. Məlumata görə, “Qalatasaray” rəhbərliyi Viktor Osimheni kluba gətirən menecer Corc Qardiyə Heung-Min Sonu transfer etmək üçün səlahiyyət verib. Bildirilir ki, “Tottenhem”lə müqaviləsini uzatmaq istəməyən futbolçu ilə “Barselona” da maraqlanır. Sonun müqaviləsindəki şərtə əsasən, onun İngiltərə komandası müqaviləsini 1 illik artırmaq seçimi var.

Qeyd edək ki, 2015-ci ildən “Tottenhem”də çıxış edən Heunq-Min Son 419 oyun keçirib. Cənubi Koreyalı ulduz bu matçlarda 165 qol vurub və 87 məhsuldar ötürmə edib.








ARMY.AZUSTA XİDMƏTLƏRİ

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin