“Oskar” mərasimində QALMAQAL: Vil Smit xanımını ələ salan Kris Roku vurdu
BEY.AZ informasiya agentliyi xəbər verir
Los-Ancelesdə keçirilən 94-cü “Oskar” mükafatlandırma mərasimində qalmaqal yaşanıb.
Metbuat.az-ın məlumatına görə, ABŞ aktyoru Kris Rok “Oskar” mərasimi zamanı “Ən yaxşı sənədli film” nominasiyası üzrə namizədləri açıqlayıb. Çıxış zamanı komediya ustası Vil Smitin həyat yoldaşı Ceyd Pinkett-Smitin “heyranedici, çox qısa saçları” ilə bağlı zarafat edib. Bundan sonra Smit səhnəyə qalxaraq Roka sillə vurub. Rok bu hadisəni televiziya tarixinin ən möhtəşəm gecəsi adlandırıb.
Qeyd edək ki, Uil Smitin həyat yoldaşı Ceyd Pinketin saçları bir müddətdir ki, xəstəliyindən dolayı tökülür.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.