fbpx

Ötən il qeydə alınan ana və körpə ölümlərinin sayı açıqlandı



Ötən il Azərbaycanda 531 körpə ölü doğulub.

BEY.AZ bildirir ki, bu barədə “Azərbaycanda uşaqlar” adlı statistik məcmuədə bildirilib.

Keçən il perinatal dövrdə (dölün bətndaxili həyatının 22-ci tam həftəsindən başlayır) ölənlərin sayı 1 837 döl təşkil edib. Perinatal ölümün əmsalı isə hər 1 000 nəfər diri və ölü doğulana 16,2 nəfər olub.

Bundan başqa, həmin müddətdə 7 günədək ömür sürən körpə sayı 1 306-dir.

Həmçinin ölkədə ötən il üzrə 2 min 39 bir yaşadək körpə ölümü baş verib və bunun 1317-si şəhər, 722-si isə kənd yerlərində qeydə alınıb. Beş yaşadək ölən uşaqların sayı 2 min 395 olub ki, bunun da 1329-u oğlan, 1066-sı qızdır.

Eyni zamanda ötən il Azərbaycanda 33 ana ölümü faktı qeydə alınıb. Bu göstərici hamiləlik, doğuş və zahılıq dövründə ölən anaları əhatə edib.

Məlumat üçün bildirək ki, 2022-ci ildə ana ölümlərinin sayı 18 olub.






ARMY.AZTÜRKÇE BİLGİ PORTALI

Bir Cevap Yazın

Back to top button

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin