Ötən ay Azərbaycanda qeydə alınan mina partlayışlarının sayı açıqlanıb
BEY.AZ informasiya agentliyi xəbər verir
Ötən ay Azərbaycanda qeydə alınan mina partlayışlarının sayı açıqlanıb.
Minalar Əleyhinə Azərbaycan Kampaniyası İctimai Birliyinin sədri Hafiz Səfixanov Metbuat.az-a bildirib ki, fevral ayında 2 hadisə nəticəsində 3 nəfərin minalardan və partlamamış hərbi sursatlardan zərər çəkdiyi qeydə alınıb.
O qeyd edib ki, nəticədə bir mülki şəxs kasetli silah qalığının partlamasından həlak olub: “İki mülki şəxs isə piyada əleyhinə mina partlamasından yaralanıb. 2022-ci ilin fevral ayında minalar və partlamamış hərbi sursatlarla bağlı hadisələr Yevlax və Təttər rayonlarının ərazisində baş verib. Ümumilikdə 2022-ci ilin ilk iki ayında 6 nəfərin minalardan və partlamamış hərbi sursatlardan zərər çəkdiyi qeydə alınıb”.
“Minalar Əleyhinə Azərbaycan Kampaniyası ictimai birliyi mülki əhaliyə müraciət edərək xahiş edir ki, işğaldan azad olunmuş ərazilərə səfər etməsinlər, partlamamış hərbi sursatlara toxunmasınlar”, – o vurğulayıb.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.