fbpx

Ötən ay elmi dərəcə verilən şəxslərin sayı açıqlanıb

BEY.AZ informasiya agentliyi xəbər verir


Prezident yanında Ali Attestasiya Komissiyası mart ayı üçün elmi dərəcə və elmi ad alan, xarici ölkədə verilən elmi dərəcə haqqında sənədi tanınmış iddiaçıların sayını açıqlayıb.

Komissiyadan Metbuat.az-a verilən məlumata görə, ötən ay 48 nəfərə fəlsəfə doktoru, 5 nəfərə elmlər doktoru dərəcəsi verilib.

Həmin müddətdə 21 nəfərə elmi dərəcə verilməsindən imtina edilib. Bundan başqa, mart ayında 26 nəfərə dosent, 2 nəfərə professor elmi adı verilib, 1 nəfərə isə elmi ad verilməsindən imtina edilib. Eyni zamanda, 4 nəfərin xarici ölkədə verilmiş elmi dərəcə haqqında sənədi tanınıb.

Mart ayı üzrə 82 dissertasiya müdafiə edilib. Onlardan 35-i elmi müəssisələrdə, 47-si ali təhsil müəssisələrində, 73-ü fəlsəfə doktorluğu üzrə, 9-u isə elmlər doktorluğu üzrə olub.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir Cevap Yazın

Back to top button

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin