Ötən ay ölkədə elektrik enerjisi istehsalı artıb
BEY.AZ informasiya agentliyi xəbər verir
2022-ci ilin yanvar ayında Azərbaycanda ümumi elektrik enerjisinin istehsalı 2556,6 mln. kVtst təşkil edib
Energetika Nazirliyindən Metbuat.az-a verilən məlumata görə, bu da ötən ilin eyni dövrü ilə müqayisədə istehsalın 188,2 mln. kVtst, yaxud 7.9 faiz artması deməkdir.
Hesabat dövründə ötən ilin yanvar ayına nisbətən elektrik enerjisinin istehsalı İES-lərdə 190,3 mln. kVtst artaraq 2450,3 mln. kVtst, SES-lərdə 3,4 mln. kVtst artaraq 81,6 mln. kVtst, digər mənbələr (KES, GES və BMTYZ) üzrə isə 5,5 mln. kVtst azalaraq 24,7 mln. kVtst olub. Külək elektrik stansiyalarında 6,7 mln. kVtst, günəş elektrik stansiyalarında 3,3 mln. kVtst, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda (BMTYZ) isə 14,7 mln. kVtst elektrik enerjisi istehsal edilib.
Bu dövrdə elektrik enerjisinin istehsalı “Azərenerji” ASC üzrə 2333,5 mln. kVtst (İES-lərdə 2256,2 mln. kVtst, SES-lərdə 77,3 mln. kVtst), Naxçıvan MR Dövlət Energetika Xidməti üzrə 29,17 mln. kVtst (İES-lərdə 23,27 mln. kVtst, SES-lərdə 2,86 mln. kVtst, GES-də 3,04 mln. kVtst), “Azərişıq” ASC üzrə külək elektrik stansiyalarında 3,82 mln. kVtst, müstəqil elektrik stansiyaları üzrə 190,1 mln. kVtst təşkil edib.
Yanvar ayında elektrik enerjisinin ixracı 247,2 mln. kVtst olmaqla, 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 72,1 mln. kVtst artıb. Elektrik enerjisinin idxalı isə 10,7 mln. kVtst olmaqla, 2021-ci ilin müvafiq dövrünə nisbətən 0,3 mln. kVtst azalıb.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.