fbpx

Ötən il ən çox bu xəstəliklər YAYILIB

Rüya Yorumları burda

BEY MEDIA İnformasiya agenti xəbər verir


Ötən il Azərbaycanda daha çox yayılan xəstəliklərin adları açıqlanıb.

Dövlət Statistika Komitəsindən Metbuat.az-a bildirilib ki, 2021-ci ildə qeydə alınan xəstəliklər arasında tənəffüs, əsəb sistemi və hissiyyat orqanlarının, bəzi infeksion və parazitar xəstəlikləri, həzm orqanlarının, qan dövranı sisteminin xəstəlikləri, eləcə də qan, qanyaradıcı orqanların xəstəlikləri üstünlük təşkil edib.

Məlumata görə, ötən il yoluxucu xəstəliklərin profilaktikası və qarşısının alınması məqsədilə inkişaf etmiş Avropa ölkələrində olduğu kimi uşaqlara 11 xəstəliyə qarşı müasir vaksinlərlə peyvənd edilib. Bildirilib ki, bunun nəticəsi olaraq ayrı-ayrı yoluxucu xəstəliklərin azalmasına, bəzilərinin isə tam ləğv olunmasına nail olunub.

Rüya tabirlerini burdan oku

Səhiyyə Nazirliyinin məlumatına əsasən, ötən ilin yanvarnoyabr aylarında 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə ölkədə skarlatina ilə (73,6 faiz), su çiçəyi ilə (64,5 faiz), kəskin bağırsaq infeksiyaları ilə (13,9 faiz), viruslu hepatit ilə ( 9,8 faiz) xəstələnmə halları azalıb.

Kəskin poliomielit, epidemik parotit, tulyaremiya, anadangəlmə məxmərək sindromu, difteriya, yenidoğulmuşlarda tetanus, göyöskürək və malyariya xəstəlikləri isə ümumiyyətlə qeydə alınmayıb.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu