fbpx

Ötən il 3 tondan çox narkoqaçaqmalçılığın qarşısı alınıb

Rüya Yorumları burda

BEY MEDIA İnformasiya agenti xəbər verir


İl ərzində Azərbaycan görmük orqanları tərəfindən aparılan əməliyyatlar nəticəsində 418 cinayət faktı müəyyən edilib.

Metbuat.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əməliyyat-istintaq Baş İdarəsi rəisinin 1-ci müavini Güloğlan Muradlı DGK və MEDİA-nın birgə təşkilatçılığı ilə keçirilən təlimdə jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, bu faktların 101-i qaçaqmalçılıq (qaçaqmalçılıq əşyalarının dəyəri 6,3 milyon manat) olub. Belə ki, gömrükçülər ötən il 3 ton 43 kq 507 qram narkotik qaçaqmalçılığının qarşısını alıb.

Rüya tabirlerini burdan oku

Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 56 nəfər: 55 kişi və 1 qadın olmaqla 22 nəfər Azərbaycan vətəndaşı, 34 nəfər əcnəbi (14 İran, 12 Türkiyə, 6 Rusiya, 1 Gürcüstan və 1 Ukrayna vətəndaşı) barəsində müvafiq tədbirlər görülüb, 3 halda bu əməlləri törədən cinayətkar dəstə ifşa edilib.

Bundan əlavə, 2021- ci ildə müəyyən edilən cinayət faktlarının 26-sı gömrük ödənişlərinin ödənilməsindən yayınma, 21-i aksiz markasız idxal (425 min manatlıq mal), 191-i 252,2 milyon manat valyuta vəsaitlərini xaricdən qaytarmama, 79-u digər əməllərlə əlaqədar olub.

Bu əməllərin törədilməsində şübhəli bilinən 427 nəfərin – 333 Azərbaycan vətəndaşı, 94 əcnəbi barəsində müvafiq tədbirlər görülüb.

Gülər Seymurqızı

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu