fbpx

Ötən il Azərbaycana gələn əcnəbilərin sayı azalıb

Rüya Yorumları burda

BEY MEDIA İnformasiya agenti xəbər verir


Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən 2021-ci ildə Azərbaycan Respublikasına dünyanın 167 ölkəsindən 791,8 min və ya 2020-ci illə müqayisədə 0,5 faiz az əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.

Dövlət Statistika Komitəsindən Metbuat.az-a verilən məlumata görə, onların 4,6 faizi yanvar, 4,5 faizi fevral, 5,7 faizi mart, 5,8 faizi aprel, 6,5 faizi may, 8,5 faizi iyun, 10,6 faizi iyul, 9,7 faizi avqust, 9,4 faizi sentyabr, 11,5 faizi oktyabr, 10,9 faizi noyabr, 12,3 faizi isə dekabr ayında ölkəmizə səfər etmişdir. Gələnlərin 82,0 faizini kişilər, 18,0 faizini qadınlar təşkil edib.

2021-ci ildə ölkəmizə gələnlərin 32,6 faizi Rusiya Federasiyası, 25,0 faizi Türkiyə, 15,8 faizi İran, 7,9 faizi Gürcüstan, hər birindən 2,2 faiz olmaqla Ukrayna və Birləşmiş Ərəb Əmirlikləri, 1,2 faizi Böyük Britaniya, 1,1 faizi Səudiyyə Ərəbistanı, 0,9 faizi Qazaxıstan, 0,8 faizi İsrail, hər birindən 0,7 faiz olmaqla Almaniya, BelarusHindistan, 0,6 faizi ABŞ, 0,5 faizi Özbəkistan, hər birindən 0,4 faiz olmaqla İtaliya və Pakistan, 0,3 faizi Türkmənistan, 6,0 faizi digər ölkələrin vətəndaşları olub.

Rüya tabirlerini burdan oku

2020-ci illə müqayisədə Gürcüstandan gələnlərin sayı 66,0 faiz, Hindistandan – 55,3 faiz, Səudiyyə Ərəbistanından – 26,0 faiz, Özbəkistandan – 20,3 faiz, Qazaxıstandan – 18,5 faiz, Belarusdan – 5,1 faiz azalmış, Birləşmiş Ərəb Əmirliklərindən gələnlərin sayı 2,2 dəfə, İrandan – 72,2 faiz, ABŞ-dan – 69,3 faiz, Almaniyadan – 67,7 faiz, İsraildən – 57,0 faiz, Böyük Britaniyadan – 33,7 faiz, İtaliyadan – 24,0 faiz, Türkiyədən – 23,3 faiz, Rusiya Federasiyasından isə 14,7 faiz artıb.

2020-ci illə müqayisədə Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 53,8 faiz artaraq 35,4 min nəfər, körfəz ölkələrindən gələnlərin sayı 43,7 faiz artaraq 159,0 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 8,9 faiz artaraq 297,7 min nəfər olub.

Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 49,8 faizi dəmir yolu və avtomobil, 48,0 faizi hava, 2,2 faizi isə dəniz nəqliyyatından istifadə edib. Xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının ümumi sayı 2020-ci illə müqayisədə 16,3 faiz azalaraq 974,5 min nəfər olmuşdur. İrana gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı 80,6 faiz, Gürcüstana gedənlərin sayı 75,3 faiz azalmış, Türkiyəyə gedənlərin sayı 2,4 dəfə, Rusiya Federasiyasına gedənlərin sayı isə 7,8 faiz artmışdır. Ölkə vətəndaşlarının 47,3 faizi Türkiyəyə, 24,3 faizi Rusiya Federasiyasına, 7,8 faizi Gürcüstana, 6,8 faizi İrana, 13,8 faizi digər ölkələrə səfər etmişdir. Gedənlərin 66,3 faizini kişilər, 33,7 faizini qadınlar təşkil edib.

2021-ci ildə xarici ölkələrə səfər edən Azərbaycan Respublikası vətəndaşlarının 68,8 faizi hava, 28,0 faizi dəmir yolu və avtomobil, 3,2 faizi isə dəniz nəqliyyatından istifadə edib.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu