Ötən il Azərbaycanda 12 dördəm doğulub
BEY.AZ informasiya agentliyi xəbər verir
Ötən il Azərbaycanda 84 üçəm, 12 dördəm doğulub.
Metbuat.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin yaydığı məlumatda bildirilib.
Qeyd edilib ki, 2021-ci ildə Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 112 284 doğulan körpə qeydə alınıb və əhalinin hər 1000 nəfərinə bu göstərici 11,2 təşkil edib. Körpələrdən 2 958-i əkiz, 84-ü üçəm, 12-si isə dördəm doğulanlardır.
Əhalinin hər 1000 nəfərinə doğum səviyyəsi Mil-Muğan (13,6), Dağlıq Şirvan (13,4), Quba–Xaçmaz (12,6), SOSİAL SEKTOR 105 Lənkəran–Astara (12,5), Şərqi Zəngəzur (12,3), Qazax–Tovuz (12,2), Şirvan-Salyan (12,2), Qarabağ (11,8), Mərkəzi Aran (11,6) və Şəki-Zaqatala (11,4) iqtisadi rayonlarında ölkə göstəricisindən yüksək olub.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.