fbpx

Ötən il BMqT-nin dəstəyi ilə 907 nəfər könüllü Azərbaycana qayıdıb

BEY.AZ informasiya agentliyi xəbər verir


Keçən il Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) dəstəyi ilə 907 nəfər könüllü olaraq Azərbaycana qayıdıb.

Metbuat.az xəbər verir ki, bu barədə BMqT-dan məlumat verilib.

Bildirilib ki, qayıdan şəxslər ən çox Moldova (545), Almaniyadan (241 nəfər), Niderland Krallığından (66 nəfər), Polşa (15 nəfər) və Avstriyadan (14 nəfər) olub. Qurumun Azərbaycan nümayəndəliyi könüllü olaraq mənşə ölkəsinə qayıdan 501 Azərbaycan vətəndaşına nağd və qeyri-nağd şəkildə reinteqrasiya yardımı göstərib.

BMqT-nin Azərbaycan nümayəndəliyi tərəfindən reinteqrasiya yardımı göstərilən 501 nəfərdən 29 nəfərə nağd, 224 nəfərə qeyri-nağd şəkildə, yerdə qalan 248 nəfərə isə həm nağd, həm də qeyri-nağd şəkildə yardım olunmuşdur. Qeyri-nağd şəkildə yardım çərçivəsində könüllü olaraq geri qayıdan şəxlərə müvəqqəti mənzil təminatı, kiçik biznesin qurulması, maddi yardım (ilkin ehtiyac kateqoriyasına aid olan məişət avadanlığı və mebel əşyaları), tibbi yardım və təhsil haqqının ödənilməsi üzrə yardım göstərilib.

KQYR layihələri çərçivəsində könüllü qayıdan şəxslərə əsasən kiçik biznes fəaliyyətinin qurulması, müvəqqəti mənzil təminatı, zəruri ev əşyalarına dair yardım və tibbi ehtiyacların ödənilməsi üçün yardımlar göstərilib. BMqT-nin dəstəyi ilə mənşə ölkəsinə qayıdan şəxslər, kiçik fermer təsərrüfatı (xırdabuynuzlu və iribuynuzlu heyvanların alınması), xidmət sektoru, kiçik ticarət və istehsalat sahəsində öz sahibkarlıq fəaliyyətlərini qurublar.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Ötən #BMqTnin #dəstəyi #ilə #nəfər #könüllü #Azərbaycana #qayıdıb

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin