fbpx

​​​​​​Ötən il koronavirusla mübarizədə iştirak edən həkimlərə ödənilən əlavələrin məbləği açıqlanıb

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ötən il üzrə yeni növ koronavirus infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinə iş vaxtına/saatına mütənasib olaraq təxminən 102.4 milyon manata yaxın, qeyri-tibb işçilərinə isə 14.2 milyon manatdan çox müddətli əlavə ödəyib.

Agentlikdən Metbuat.az-a verilən məlumata görə, Nazirlər Kabinetinin müvafiq sərəncamına əsasən yeni növ koronavirus infeksiyası ilə mübarizə tədbirlərinə cəlb edilən özəl tibb müəssisələrində çalışan tibb işçilərinə ötən il ərzində iş vaxtına/saatına mütənasib olaraq 50 936.79 manat məbləğində müddətli əlavə ödənilib.

Yekun məbləğdən işçi tərəfindən ödənilməli olan əməkhaqqına dair bütün tutulmalar hesablanır. Könüllülərə adambaşına aylıq 250 manat olmaq şərtilə 59 750.00 manat məbləğində mükafat ödənilib. Bu məbləğdən əməkhaqqına dair tutulmalar hesablanmır.

Rüya tabirlerini burdan oku

Tibb və qeyri-tibb tibb işçilərinə, eləcə də könüllülərə ötən il üzrə ödənilən müddətli əlavə və mükafatların məbləği aşağıdakı kimidir:

Qeyd olunmalıdır ki, dövlət və özəl tibb müəssisələri tərəfindən göndərilən siyahılara uyğun olaraq Agentlik tərəfindən noyabr və dekabr ayları üzrə müddətli əlavələrin ödənilməsi davam edir.

Məlumat üçün bildirək ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 fevral 2022-ci il tarixli 50 nömrəli Qərarına əsasən yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavələrin ödənilməsi 2022-ci il martın 1-dək uzadılıb.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu