fbpx

Ötən il ölkədə baş verən yol qəzalarının sayı artıb

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


2021-ci ildə 1649 və ya 2020-ci illə müqayisədə 3,9 faiz çox yol-nəqliyyat hadisəsi baş verib.

Metbuat.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.

Belə ki, bu hadisələr nəticəsində zərər çəkən şəxslərin sayı 2,5 faiz artaraq 2158 nəfər olub. Onlardan 706-sı həlak olub, 1452-si isə yaralanıb. Hadisələrin 42,1 faizi gündüz, 37,4 faizi gecə, 20,5 faizi isə toran vaxtı baş vermiş, 29,2 faizi həftənin şənbə və bazar günlərinə təsadüf edib.

Rüya tabirlerini burdan oku

Yol-nəqliyyat hadisələrinin 89,0 faizi yaşayış məntəqələrində baş vermiş, bu hadisələr nəticəsində həlak olanların sayı ötən ilə nisbətən 5,1 faiz artaraq 553 nəfər, yaralananların sayı 3,7 faiz artaraq 1364 nəfər olub.

Bundan başqa, bütün yol-nəqliyyat hadisələrinin 43,7 faizi nəqliyyat vasitələrinin və piyadaların, 34,8 faizi bir neçə nəqliyyat vasitəsinin, 21,5 faizi bir nəqliyyat vasitəsinin iştirakı ilə baş verib.

Yol-nəqliyyat hadisələri nəticəsində həlak olanların 79,0 faizini, yaralananların isə 72,2 faizini kişilər təşkil edib.

Nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə olunması səbəbindən ölümlə və ya bədən xəsarəti alınması ilə nəticələnən 18 hadisə baş vermiş, nəticədə 8 nəfər həlak olmuş, 17 nəfər yaralanmışdır. Hadisələrin 72,2 faizi minik avtomobillərinin sürücüləri tərəfindən törədilib.





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu