fbpx

“Otuz il ərzində istismar etdikləri qızıl-mis yataqları ermənilərin saxta dövlətini xilas etmir”

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


Dekabrın 12-dən başlayaraq Xankəndi-Laçın yolunda Azərbaycanın media təmsilçiləri, bütövlükdə vətəndaşlarımız müxtəlif təbəqələri təmsil edərək, xalqımızın bir parçası olaraq həyata keçirdikləri aksiyalarla yüzlərlə sahədə yeni baxışların, ideyaların, prinsiplərin, ideologiyaların, konsepsiyaların nəticələrini doğurmuş olacaqlar. Ən mühüm məsələ odur ki, aksiyanı Ali Baş Komandan İlham Əliyevin, Silahlı Qüvvələrimizin davamçıları bu gün dinc vasitələrlə həyata keçirirlər. Ona görə də dünyada buna məhz yumşaq güc siyasəti adını veriblər. Digər məsələ isə Xankəndi erməniləri və dünya erməniləri üçün bəlli oldu ki, bu müddət ərzində sadəcə tanklar, toplar, zirehli maşınlar və ya dronlarla deyil, mülki insanlar vasitəsilə o yola nəzarət olunduqda onlara kimsə atəş aça bilməyəcək. Xankəndidə bu vasitələrlə özünə minillik saxta dövlət ideyaları formalaşdıran qüvvələr də özləri üçün bəlli etdilər ki, heç bir kommunikasiya və digər vasitələr, o cümlədən 30 il ərzində sömürdükləri və istismar etdikləri qızıl-mis yataqları onların saxta dövlətini xilas etmir. Bu, çox vacib məsələdir.

Metbuat.az xəbər verir ki, bunu Milli Məclisin İnsan Hüquqları komitəsinin sədri Zahid Oruc deyib.

“Faktiki olaraq qızıl-mis yataqlarını istismar edənlər, eləcə də 7 rayonu sömürənlər, daha çox erməni oliqarxları, dünya çapında şəbəkələşmiş diaspor və korrupsiya oğruları, onların təəssübkeşləri, həmçinin qərbdə, Atlantik okeanın o yanındakı şəriklər əsas rol oynayıblar. Yəni, bu halda Erməniləri günahsız kimi göstərmək fikrində deyiləm. Kim cinayət törədibsə o, əməlinə görə cavab verməlidir. Amma həmin ərazilərdəki sərvətlərin, təbii resursların mənimsənməsi daha çox bir qrupun əlində olub. Verilən bəyanatlardan sonra kimsə gəlib bizim aksiyaçılarımıza hücum edə bilmir, onlar reallığı dərk edirlər. Həqiqətən də Azərbaycanla bərabər eyni hüquqi, siyasi, ictimai məkanda yaşayanda onlar həm demokratik, həm də iqtisadi-sosial cəhətdən inkişaf edirdilər”, – deyə Z.Oruc diqqətə çatdırıb.

Rüya tabirlerini burdan oku

Onun sözlərinə görə, dekabrın 13-də Laçın-Xankəndi yolunda bizim qəhrəman övladlarımızın, oğul-qızlarımızın həyata keçirdikləri etiraz aksiyalarını durdura bilməzlər. Hesab edirəm ki, bu aksiyalar bizim haqlı yolda olduğumuzu bir daha təsdiq edən addımlardır. Biz bu hadisələrə qiymət verərkən düzgün nəticələr çıxarmalıyıq. Aksiyaların mənəvi, siyasi, hüququ üstünlüyünün məhz Azərbaycanın və ya vətəndaşlarımızın tərəfində olduğunu vurğulamalıyıq.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Otuz #ərzində #istismar #etdikləri #qızılmis #yataqları #ermənilərin #saxta #dövlətini #xilas #etmir

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu