Övladları ilə döyüşə yollanaraq şəhid olan Müşfiq Abbasovun oğlu evləndi
BEY.AZ informasiya agentliyi xəbər verir
44 günlük döyüşə oğlanlarıyla qatılıb şəhid olan Müşfiq Abbasovun oğlanlarından birinin toyu olub.
Metbuat.az xəbər verir ki, bu barədə Qarabağ qazisi Rey Kərimoğlu məlumat verib.
Qeyd edək ki, Vətən müharibəsinin başladığı ilk günlərdən iki oğlu ilə birlikdə döyüşlərə gedən Müşfiq Abbasov 5 oktyabr 2020-ci ildə Ağdam rayonunun Qərvənd kəndi istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.
O, həmçinin Birinci Qarabağ müharibəsində də qardaşları ilə birgə döyüşüb.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Prezidenti İlham Əliyevin sərəncamı ilə Müşviq Abbasov ölümündən sonra “Vətən uğrunda”, “Ağdamın azad olunmasına görə” medalları ilə təltif edilib.
Gülər Seymurqızı
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
Google News Abone ol
Səndə məqalə yaz
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.