BEY.AZ – Baku TV-nin əməkdaşı qaynar bölgədə: “Britaniya İsrailə hərbi dəstək göndərdi”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
HƏMAS radikal qruplaşmasının üzvləri onlara dəstək olan hər kəsi dünyanın dörd bir yanında yaşayan yəhudilərin qətliamını təşkil etməyə çağırır.
Bu barədə Baku TV-nin İsraildəki xüsusi müxbiri Leyli Məhərrəm məlumat verib.
Jurnalistin sözlərinə görə, İsrail Xarici İşlər Nazirliyi və təhlükəsizlik rəsmiləri HƏMAS-ın planladığı cihadla bağlı dünyada yaşayan israillilərə xəbərdarlıq edib:
“Fələstinin HƏMAS hərəkatının yəhudilərə qarşı elan etdikləri Qəzəb günü səbəbindən insanlar ayın 13-də xüsusi diqqətli olmalıdırlar. Təhlükə ilə üzləşdikləri zaman yerli orqanlara məlumat vermələri tövsiyə edilib. İsrail ordusu Qəzza zolağının bütün sakinlərini 24 saat ərzində zolağın cənubuna təxliyə etməyə çağırır. HƏMAS isə bildirib ki, sakinlər olduqları yerdə qalsınlar”.
L.Məhərrəm əlavə edib ki, Böyük Britaniya İsrailə dəstək məqsədilə Kral Donanmasının Hərbi Dəniz Qüvvələrini, dəniz patrulları və müşahidə təyyarələrini əraziyə göndərir.
Ətraflı süjetdə: