fbpx

Oxu.Az da Rusiyada bloklandı

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


Oxu.Az saytına Rusiya ərazisində blok qoyulub.

Metbuat.az xəbər verir ki, bu qərar Roskomnadzor (Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi İnformasiya Vasitələrinə Nəzarət Federal Xidməti) tərəfindən verilib.

Saytın redaksiyasına heç bir məlumat, xəbərdarlıq edilmədən atılan bu addım birbaşa söz azadlığına, demokratiyaya, plüralizmə zidd hesab olunur.

Rüya tabirlerini burdan oku

Qeyd edək ki, Azərbaycanın ən oxunaqlı xəbər saytlarından olan Oxu.Az heç bir zaman yalan, dəqiqləşdirilməmiş, həqiqətə uyğun olmayan məlumatlar yaymayıb. Bu baxımdan Roskomnadzorun belə addım atması olduqca qərəzli və qanunsuzdur.

Xatırladaq ki, Oxu.az iki dildə – Azərbaycan və rus dillərində fəaliyyət göstərir. Bu baxımdan verilmiş qərarı həm də Oxu.Az-ın Rusiyadakı oxucularına qarşı hörmətsizlik hesab etmək olar. Oxu.az saytı həm Roskomnadzoru, həm də Azərbaycanın Rusiyadakı Səfirliyini məsələyə yenidən nəzər salmalarını, baş vermiş bu qərəzli hadisənin təkrar qiymətləndirilməsi istəyir. Ən azından yaranmış vəziyyətlə bağlı Oxu.Az-a rəsmi məlumat verilməsi tələb edilir: “İnanırıq ki, bu qanunsuz qərar ciddi müdaxilə, məsuliyyətli yanaşma nəticəsində ləğv olunacaq”.

Məlumat üçün bildirək ki, martın 17-də Rusiyada Azərbaycanın haqqin.az saytına da giriş məhdudlaşdırılıb.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu