fbpx

BEY.AZ – “SAB” daha bir uğura imza atıb

Rüya Yorumları burda

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bildiyiniz kimi, hazırda Azərbaycanın ət və ət məhsulları bazarında müxtəlif adda və çeşiddə kolbasa və sosislər istehsal olunur. Son zamanlar isə kolbasa və sosislərin halal olub-olmaması ilə bağlı müxtəlif ziddiyyətli fikirlər ölkə gündəmində səsləndirilir. Belə ki, halal kolbasa və sosislərin hazırlanması zamanı lazım olan ətin haradan gətirilməsi, Azərbaycanda bu standartlara uyğun fəaliyyət göstərən şirkətlərin olub-olmaması əhali arasında müəyyən mənada şübhə və çaşqınlıq yaradır.

Rüya tabirlerini burdan oku

Bu məqsədlə bildiririk ki, hələ 1998-ci ildə fəaliyyətə başlayan və ölkəmizdə ət və ət məhsulları sektorunun lider şirkəti kimi sağlamlıq, halallıq, dad və yenilik qaynağına çevrilən “SAB”  (Zəhmət-Ruzi MMC) Azərbaycanda ilk dəfə halal ət məhsulları istehsal etməyə başlayan qida şirkəti olmuşdur. Xüsusilə də qeyd edək ki, Qafqaz Müsəlmanları İdarəsi, Azərbaycanda ilk dəfə olaraq, islamın bütün qaydalarına uyğun, halallıq prinsipləri ilə hazırlandığına görə “SAB” ticarət nişanlı məhsulların keyfiyyətinə təminat vermişdir. Qeyd edək ki, müasir texnoloji inkişafa uyğun olaraq gigiyenik, keyfiyyətli və dadlı məhsullar istehsal edən “SAB” məhz, keyfiyyət meyarlarına və halal kəsim standartlarına cavab verən dana və toyuq ətindən istifadə edir. İstehsalında istifadə olunan bütün ət növlərini baytar həkimlərin nəzarəti altında halal kəsim sertifikatı ilə şirkətin gigiyenik, müasir, o cümlədən islam qaydalarına uyğun olan kəsimxanalarından təmin edir.

Məlumat üçün bildirməliyik ki, Azərbaycanda təhlükəsiz qida sahəsində “Platinium” nişanına layiq görülmüş “SAB” daha bir uğura imza atdı. Belə ki, məhz Beynəlxalq Birləşmiş Halallığı Yoxlama Testlərinin Qiymətləndirmə Mərkəzi (UHİTAC) tərəfindən “SAB” məhsullarının Halallıq standartlarına uyğun olması və İslam qaydalarının bütün tələblərinə cavab verməsi ilə əlaqədar beynəlxalq Halallıq Sertifikatı ilə təltif edilib. UHITAC heç bir maraq və ya gözlənti olmadan beynəlxalq standartlara uyğun müstəqil, qərəzsiz qlobal halal sertifikatlaşdırma mərkəzidir və İslam Palatasının Araşdırma və İnformasiya Mərkəzinin rəsmi nümayəndəsidir. 2008-ci ildən milli və beynəlxalq arenada fəaliyyət göstərən şirkət Türkiyə, Azərbaycan, Kipr və bəzi Balkan ölkələrindəki şirkətlərin məhsullarının halallıq yoxlamalarını həyata keçirir və eyni zamanda sertifikatlaşdırır. Əlavə olaraq da qeyd edək ki, “SAB” eyni zamanda milli Halallıq sertifikatı ilə də təltif edilib. Azərbaycanda ilk halal məhsulların və xidmətlərin sertifikatlaşdırma xidmətini göstərən Halal Kontrol Qrup mərkəzi “SAB”da beynəlxalq halal qida standartlarına uyğun sistemlərin qurulması, halal qida qatqılarından istifadə edilməsi, habelə halal xammaldan istifadə edilməsi ilə bağlı yoxlamalar həyata keçirdikdən sonra seçilmiş məhsulların halallığının isbatı olaraq Halallıq Sertifikatı təqdim edilib.

“Halallıq və təbii dad istehlakçılara təqdim etdiyimiz əsas dəyərlərimizdir. Biz bu dəyərlərə uyğun istehsal edirik və istehlakçılarımıza təqdim edirik.

Biz xammalın keyfiyyətindən tutmuş gigiyenaya, ekoloji-təmizliyindən dadına kimi istehsalın bütün mərhələlərində böyük diqqətlə işləyirik.

Nəticə etibarı ilə biz istehlakçılara ekoloji-təmiz, sağlam, təbii və halal ləzzətlər təqdim etməkdən çox məmnunuq. Hər gün böyüyən istehsal və satış şəbəkəmizlə istehlakçılara sağlam, halal və təbii məhsullar təqdim etmək üçün yeni və sürətli yollar axtarırıq”, – deyə “Zəhmət-Ruzi” MMC-nin (SAB) baş icraçı direktoru Elnur Badalov qeyd edib. 

 

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu