fbpx

Özəl sektorda 8 mindən yüksək maaş alan neçə nəfər var?

Rüya Yorumları burda
Videoları sosial şəbəkə hesablarımızda izləmək üçün bu hesablara abone ol BEY.AZ informasiya agentliyi xəbər verir

“Azərbaycanda neftsiz özəl sektorda rəsmi maaşı 8000 manatın üzərində olan kiçik bir işçi kütləsi var”.

BEY.AZ xəbər verir ki, bu barədə məlumatı iqtisadçı-ekspert Rövşən Ağayev açıqlayıb.

Onun sözlərinə görə, belə bir statistika açıq mənbələrdə yoxdur, amma büdcə sənədlərindən bu nəticəni çıxarmaq olur: “Vergi Məcəlləsinə görə, (101.1-1-ci maddə) neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən maaşlı işçilərin aylıq əmək haqqı 8000 manata qədər olduqda, vergidən azaddır. 8000 manatın üzərində olan aylıq əmək haqqı məbləği isə 14 faiz şkala ilə vergiyə cəlb edilir (200 manat vergiyə cəlb olunmayan hissə çıxılmaqla).

Büdcə sənədlərindən aydın olur ki, 2022-ci ildə bu işçi kateqoriyası büdcəyə 76,4 milyon manat vergi ödəyib, 2024-cü ildə isə həmin rəqəm 100 milyon manat olacaq. 200 manatlıq güzəşti də nəzərə alsaq, ən kobud hesablama ilə bu qədər vergi üçün illik əmək haqqı fondunun 730 milyon manat, aylıq fondun isə 61 milyon manat olması lazım.

Məsələn, bu qrup üzrə orta aylıq maaş 10 000 manat olsa, ən azı 6 000 nəfərin, orta maaş 15 000 manat olsa, 4 000 nəfərin belə yüksək rəsmi maaş aldığını təxmin etmək olar. Güman ki, belə yüksək maaş əsasən bank sektorunda və iri holdinqlərdə yüksək menecer heyətinə aiddir”.

Rüya tabirlerini burdan oku

Ekspert qeyd edib ki, bu qrup üzrə gəlir vergisinin həcmi 800 min nəfərin maaş aldığı büdcə sektorunun vergi məbləğinin 18 faizi qədərdir.

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz. #Özəl #sektorda #mindən #yüksək #maaş #alan #neçə #nəfər #var

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu