fbpx

“Özümlə bacarmıram, ölə bilərəm” – Naibə Allahverdiyeva

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


“Çox qısqancam, hər şeyi qısqanıram. İncikliyimi göstərmirəm, üzümü çevirib çıxıb gedirəm. Durub, aydınlaşdırmaq mənlik deyil. Qısqanclıqdan ölə bilərəm. Özümlə bacarmıram. Sevdiyim insanla da, sənət dostlarımla da beləyəm”.

Metbuat.az axsam.az-a istinadən xəbər verir ki, bu sözləri Xalq artisti Naibə Allahverdiyeva “Gündən günə” verilişində deyib. Aktrisa qısqanclığından danışıb.

Proqramda yer alan Əməkdar artist Bəsdi Bəkirovanın “Eşitmişdim ki, Naibə Allahverdiyeva sevdiyi insanı dəhşət qısqanır” sözlərini aktrisa təsdiqləyib.

Rüya tabirlerini burdan oku

“İnsanlara tez bağlanıram, ən böyük səhvimdir” deyə, Allahverdiyeva əlavə edib.

Aktrisa musiqidən danışaraq, yeni çıxan ifaçıları tənqid edib:

“Əvvəlki sənətkarların səsində özəllik, rəng var. İndikilərin səsi bir-birinə oxşayır. İndikilərin ifası heç xoşa gəlmir. Verilişə gələndə bir maşın keçirdi, mahnıya qulaq asırdı. Dedim ki, musiqinin səsini alın, pəncərəni bağlayın, mənə xoş gəlmir. İnsanların musiqi zövqüylə xasiyyəti bəlli olur. Bəzi musiqi insanın səviyyəsini aşağı salır. Hərdən “bozbaş” deyirlər. İndi insanların dünyagörüşü çoxalıb”.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Özümlə #bacarmıram #ölə #bilərəm #Naibə #Allahverdiyeva

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu