fbpx

Pərpətöyün bu xəstəliklərin dərmanı imiş

Rüya Yorumları burda


Orqanizm üçün xeyirli məhsullardan biri də pərpətöyündür.

BEY.AZ medicina.az-a istinadən bildirir ki, pərpətöyünün tərkibi A, B1, B2, K, PP vitaminləri, üzvi turşular, qlükoza, saxaroza, zülali maddələr, kalsium, kalium, maqnezium, manqan və digər faydalı maddələrlə zəngindir. Toxumlarının tərkibində piyli yağlar, linol, palmitin, stearin kimi yağ turşuları mövcuddur.

Müalicə vasitəsi kimi bitkinin təzə zoğları, yarpaqları, çiçəkləri və toxumlarından istifadə edilir. Tərkibində olan təbii hormonabənzər maddə orqanizmə noradrenalin kimi təsir göstərir, mərkəzi sinir sistemini stimullaşdırır və tonusu artırır.

Zəhərli ilan və həşəratların sancması zamanı, qaraciyər və böyrək xəstəliklərində yarpaqlarından istifadə olunur.

Xüsusilə sidik kisəsində olan iltihabi proseslərə qarşı təsir göstərir, həmçinin sidikqovucu effekt verir.

Rüya tabirlerini burdan oku

Enterokolit və hemorroy zamanı ağrı hissiyyatını aradan qaldırır. Tərkibindəki K vitamin qankəsici təsir göstərir.

Pərpətöyün mədəaltı vəzdən insulin hormonunun sintezini artıraraq qanda qlükozanın səviyyəsini azaldır.

Pərpətöyünün mühüm xüsusiyyətlərindən biri də salmonella, dizenteriya və trixomonada kimi xəstəliktörədici mikroblara qarşı antibakterial təsir göstərməsidir. Ürək fəaliyyətini normallaşdırır, qanda xolesterinin səviyyəsini azaldır, arterial təzyiqi artıraraq hipotoniyanın qarşısını alır.






MÜHASİBATLIQ XİDMƏTİ TÜRKÇE BİLGİ PORTALI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu