fbpx

Pərviz Şahbazov COP29-da dəstəklənməsi vacib olan təşəbbüsləri açıqladı



COP29 Sədrliyinin maliyyə ilə yanaşı, “Yaşıl Enerji üzrə Zona və Dəhlizlər Öhdəliyi”, “Qlobal Enerji Anbarları və Şəbəkələri Öhdəliyi” və “Hidrogen Bəyannaməsi” təşəbbüslərinin dəstəklənməsi kritik əhəmiyyət kəsb edir.

BEY.AZ xəbər verir ki, bu sözləri energetika naziri Pərviz Şahbazov COP29 çərçivəsində “Nazirlər dialoqu: Bərpaolunan mənbələrin üçqat artırılması və enerji səmərəliliyinin ikiqat artırılması üçün investisiyaların genişləndirilməsi” mövzusunda keçirilən tədbirdə deyib.

“Azərbaycanın Qarabağ-Şərqi Zəngəzur və Naxçıvan yaşıl enerji zonaları, müxtəlif regionlar, istehsal-istehlak mərkəzləri arasında elektrik enerjisi əlaqələrinin qurulması təcrübəsinin geniş arealda tətbiqi, həmçinin qlobal enerjinin saxlanılması potensialının altı dəfə artırılaraq 2030-cu ilə qədər 1500 qiqavata çatdırılması, 2040-cı ilə kimi enerji sisteminə ümumilikdə 80 milyon kilometrdən çox elektrik şəbəkəsinin əlavə edilməsi və ya təkmilləşdirilməsi məhz Qlobal Bərpa Olunan Enerji və Enerji Səmərəliliyi Vədinin uğurunu təmin edəcək həllərdir”, – deyə P.Şahbazov vurğulayıb.






ARMY.AZUSTA XİDMƏTLƏRİ

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin