fbpx

Pərakəndə ticarət dövriyyəsi 3 % artıb

BEY.AZ informasiya agentliyi xəbər verir


Bu ilin yanvar-fevral aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 7 milyard manatlıq, o cümlədən 3,9 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 3,1 milyard manatlıq qeyri-ərzaq malları satılıb.

Metbuat.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Məlumata görə, ötən ilin yanvar-fevral ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3 %, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 2,6 %, qeyri-ərzaq malları üzrə 3,5 % artıb.

2022-ci ilin 2 ayında alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi pulun 9,4 %-i ərzaq mallarının, 6 %-i içki və tütün məmulatlarının, 15,5 %-i toxuculuq məhsulları, geyim və ayaqqabıların, 5,2 %-i avtomobil benzini və dizel yanacağının, 4,9 %-i elektrik malları və mebellərin, 2,5 %-i əczaçılıq məhsulları və tibbi ləvazimatların, 1,2 %-i kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 15,3 %-i isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.

Hesabat dövründə qeyri-dövlət sektorunun təsərrüfat subyektlərinin satdığı malların dəyəri əvvəlki ilin eyni dövrü ilə müqayisədə real ifadədə 3,2 % artaraq ümumi pərakəndə ticarət dövriyyəsinin 99,7 %-ni təşkil edib. 2021-ci ilin yanvar-fevral ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 12,2 % artıb, fərdi sahibkarlar üzrə 0,4 %, bazar və yarmarkalarda 0,1 % azalıb. Hesabat dövründə pərakəndə ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla ayda 346,2 manatlıq, o cümlədən 191,9 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 154,3 manatlıq qeyri-ərzaq malları alıb.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin