Pakistanda anomal isti qeydə alındı
BEY.AZ informasiya agentliyi xəbər verir
Pakistanda havanın temperaturu 46 dərəcə Selsini keçib.
Metbuat.az “TRT Haber”ə istinadən xəbər verir ki, bu göstərici mövsüm üçün anomal sayılır.
Məlumata görə, havanın temperaturu Pakistanın bir çox bölgəsində 6-8 dərəcə arasında artıb. Navabşahda 46,4, Sibidə 46, Bahavalpurda 43, paytaxt İslamabadda 38, Lahorda isə 41 dərəcə isti olub.
Bildirilib ki, Pakistan tarixində son illərdə havanın ən yüksək temperaturu 2017-ci il mayın 28-də Bəlucistan əyalətinin Türbət şəhərində 53,5 dərəcə qeydə alınıb.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.