fbpx

Pakistanın yeni səfiri COP29 Azərbaycan Əməliyyat Şirkətinin sədri ilə görüşdü



Pakistanın Azərbaycandakı yeni səfiri Qasım Mohiuddin COP29-un COP29 Azərbaycan Əməliyyat Şirkətinin İdarə Heyətinin sədri və Əməliyyatlar üzrə baş icraçı Nərmin Carçalova görüşüb.

BEY.AZ xəbər verir ki, bu barədə Pakistanın Bakıdakı diplomatik missiyasının mətbuat xidməti bildirib.

“Səfir Qasım Mohiuddin COP29 Azərbaycan Əməliyyat Şirkətinin sədri xanım Nərmin Carçalova ilə görüşüb. [Görüşdə] qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib. Səfir COP29-un uğurlu təşkili üçün ən xoş diləklərini çatdırıb”, – səfirliyin sosial şəbəkədəki paylaşımında qeyd olunub.

Xatırladaq ki, avqustun 5-də Azərbaycan Prezidenti İlham Əliyev Pakistanın yeni təyin olunmuş səfiri Qasım Mohiuddinin etimadnaməsini qəbul etmişdi.






MÜHASİBATLIQ XİDMƏTİTÜRKÇE BİLGİ PORTALI

Bir Cevap Yazın

Back to top button

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin