fbpx

“Pandemiya gender bərabərsizliyini daha da artırıb”

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


BMT-nin Baş katibi Antonio Quterreş Beynəlxalq qadın və qızların elmdə iştirakı günü ilə əlaqədar çağırış edib.

Metbuat.az-ın APA-ya istinadla verdiyi xəbərə görə, o bildirib ki, bu gün dünyada elm və mühəndislik sahəsi ilə məşğul olan hər üç tədqiqatçıdan yalnız biri qadındır:

“Struktur və sosial maneələr qadın və qızların elmlə məşğul olmasına və bu sahədə irəliləməsinin qarşısını alır. COVID-19 pandemiyası məktəblərin bağlanması, zorakılığının artması və ev işi yükünün çoxalması ilə gender bərabərsizliyini daha da artırıb. Bu bərabərsizlik bizi gizli qalmış istedad və yeniliklərdən məhrum edir. Elm və texnologiyanın hər bir kəs üçün xidmət etdiyinə əmin olmaq üçün qadın baxışına ehtiyacımız var. Biz hərəkətə keçə bilərik və bunu etməliyik – sinif otaqlarında texnologiya, fizika, mühəndislik və riyaziyyat öyrənən qızların sayını artıran siyasətlərlə. Laboratoriyalar, tədqiqat müəssisələri və universitetlərdə qadınların inkişafı və rəhbərlik imkanlarını təmin etmək üçün hədəfli tədbirlərlə. Elmdə qadınlar haqqında ayrı-seçkilik və stereotiplərə son qoymaq üçün qətiyyət nümayiş etdirməklə. Azlıqlara aid qadınlar üçün imkanları geinşləndirmək məqsədilə daha ciddi tədbirlər görməklə”.

Rüya tabirlerini burdan oku

Baş katib deyib ki, bunlar süni intellekt kimi vacib sahə üçün əhəmiyyətli rol oynayır.

“Süni intellekt sahəsində qadınların azlığı ilə kişiləri normaya uyğun, qadınları isə istisna hal kimi qəbul edən məntiqsiz və gender ayrı-seçkiliyini dəstəkləyən alqoritmlər arasında birbaşa əlaqə var. Hər kəsə xidmət edən və gender bərabərliyini qoruyan süni intellekti inkişaf etdirmək üçün bu sahədə daha çox qadının iştirakına ehtiyacımız var. Biz həmçinin gənc qadın alimlərin iqlim və ətraf mühit böhranlarını həll etməyə kömək edəcək karyera qurmalarına mane olan tendensiyaları durdurmalıyıq. Mən mühəndislik sahəsində dərs demişəm. Şəxsi təcrübəmə əsaslanaraq bilirəm ki, gənc qadınlar və kişilər eyni dərəcədə bacarığa malikdirlər və eyni dərəcədə elmdən zövq alırlar, yeni fikirlərlə zəngindirlər və dünyamızı irəli aparmağa hazırdırlar. Biz təmin etməliyik ki onlar eyni mühitdə bərabər öyrənmə və iş imkanlarından istifadə edə bilsinlər. Bu Beynəlxalq Qadın və Qızların Elmdə İştirakı Günündə, mən hamını qadınların əsl potensialını həyata keçirə biləcəyi və bu günün qızlarının sabahın aparıcı alim və yenilik yaradanları kimi ədalətli və dayanıqlı gələcək qura biləcəyi mühit yaratmağa çağırıram”, – A. Quterreş vurğulayıb.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu