fbpx

Pandemiyada yazılan cərimələr ləğv ediləcək?

Rüya Yorumları burda


Gürcüstan hökuməti koronavirus pandemiyası zamanı iki minə yaxın vətəndaşa tətbiq edilən cərimələri siləcək.

BEY.AZ-ın məlumatına görə, bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze deyib.

Bəs ölkəmizdə həmin dövrdə tətbiq edilmiş cərimələrin ləğvi mümkündürmü?

Millət vəkili Fazil Mustafa BEY.AZ-a bildirib ki, Azərbaycanda pandemiya ilə bağlı hansı cərimələr varsa, bu mütləq həllini tapmalıdır:

“Bu addım bəlkədə humanitar sahədə atılması ən vacib addımlardan biridir. Pandemiya dövründə həmin cərimələr elə bir şərtlər altında formalaşdı ki, insanlar həm müəyyən dərəcədə təcrübəsiz idilər, həm də qanunu bilmədiklərindən xətalara yol verirdilər. Hesab edirəm ki, Azərbaycanda da koronavirus pandemiyası zamanı yığılıb qalan cərimələrin silinməsi haqqında qərar qəbul olunmalıdır. Bu baş verərsə, insanların nigarançılığına son qoyula bilər”.

Rüya tabirlerini burdan oku

Fazil Mustafa onu da vurğulayıb ki, həmin cərimələr mənasız bir şey kimi qalıb. Millət vəkili hesab edir ki, pandemiya dövrü başa çatdığından bu istiqamətdə vəziyyəti uzatmağın adı yoxdur və məsələ həllini tapmalıdır.

Gülbəniz Hüseynli / BEY.AZ







MÜHASİBATLIQ XİDMƏTİ TÜRKÇE BİLGİ PORTALI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu