fbpx

Pandemiyanın bitməsinə hələ çox var

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


“COVID-19 pandemiyasının başa çatmasına hələ çox var, ona hər yerdə son qoyulmayınca, o heç yerdə başa çatmayacaq”

Metbuat.az xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhonom Qebreyesus Cenevrədə keçirilən brifinqdə söyləyib.

O qeyd edib ki, pandemiya başlanandan bəri koronavirus xəstəliyi səbəbindən ölənlərin sayı 6 milyonu keçib.

Rüya tabirlerini burdan oku

“Asiya və Sakit okean regionunda bir çox ölkələr COVID 19-a yoluxma faktlarının və bu səbəbdən ölüm hallarının sayının sürətlə artması ilə üzləşir”.

Bir çox ölkələrdə koronavirus testlərinin sayının kəskin azalmasından narahat olduğunu bildirən Qebreyesus bildirib ki, bütün bunlar virusla mübarizədə manelər törədir:

“Bu COVID-19 virusunun yayılmasını və təkamülünü izləmək imkanlarımızı məhdudlaşdırır. Pandemiyaya qarşı mübarizədə testləşdirmə həyati əhəmiyyətli vasitə kimi qalır”.

Qeyd edək ki, bu gün koronavirusun pandemiya elan olunmasından 2 il ötür. Bugünədək dünyada COVID-19 infeksiyasına yoluxma hallarının sayı 445 125 810 nəfərə çatıb. Virusun qurbanlarının saqyı isə 5 994 937 nəfər təşkil edir.

Yoluxma sayına görə ABŞ, Hindistan, Braziliya və Fransa ilk dördlüyü bölüşür.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu