fbpx

Papaqsız gəzməyin səbəb olduğu xəstəliklər

BEY.AZ informasiya agentliyi xəbər verir


Qış aylarında havalar soyuq keçdiyindən belə günlərdə papaqsız gəzməyin orqanizmə zərəri var. Soyuq olmasına baxmayaraq, başı açıq gəzənlərin çoxu papağın onlarda diskomfort yaratdığını, saç düzümünü pozduğunu deyirlər.

Metbuat.az xəbər verir ki, həkim-oftalmoloq Aynurə Əliyevanın dediyinə görə, soyuq havada papaqsız gəzmək başda yerləşən bütün sinirlərə təsir edir, çətin müalicə olunan xəstəliklərə səbəb olur: “Xarici qulaq iltihabı, üzdə yerləşən müxtəlif sinirlərin nevralgiyası, hətta ağırlaşma kimi hallar – misal olaraq nevrit, parezlər müşahidə olur. Üçlü sinirin birinci şaxəsi qaşın başlanğıc hissəsində burunun üstündən çıxır və soyuq hava şəraitində papaq geyinməyənlərdə daha çox rast gəlinən hallardan biri də üçlü sinirin birinci şaxəsinin nevralgiyasıdır. Bu, gözdə patologiyaların yaranmasına səbəb olur və oftalmoloqa müraciət edirlər”.

Bundan başqa papaqsız gəzmək saç tökülmələrinə, miqren xəstəliklərində – şiddətli baş ağrılarına səbəb olur. Ona görə də soyuq ayları xəstəliksiz keçirmək üçün başı isti saxlamaq, papaq geyinmək lazımdır.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Papaqsız #gəzməyin #səbəb #olduğu #xəstəliklər

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin