fbpx

Paris-2024: Dünya çempionumuz mübarizəyə başlayır



Bu gün Azərbaycanın iki idmançısı və 3×3 basketbol millisi Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında çıxış edəcək.

BEY.AZ xəbər verir ki, ilk olaraq cüdoçu Zelim Kotsoyev tatamiyə çıxacaq.

100 kq çəki dərəcəsində yer alan dünya çempionumuz 1/8 finalda Pyotr Kuçera (Polşa) – Tomas Briçeno (Çili) cütünün qalibi ilə qarşılaşacaq.

Ardınca Azərbaycanın qadınlardan ibarət 3×3 basketbol millisi növbəti görüşünə çıxacaq. Yığmamız Fransa ilə üz-üzə gələcək.

Daha sonra boksçuların mübarizəsi start götürəcək. 92 kq çəkidə yarışan Alfonso Dominqes 1/4 finalda qazaxıstanlı Aybek Oralbayla münasibətlərinə aydınlıq gətirəcək.

Günün sonunda yenidən 3×3 basketbol millimiz oyuna çıxacaq. Rəqib bu dəfə Almaniya millisi olacaq.

Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.






MÜHASİBATLIQ XİDMƏTİTÜRKÇE BİLGİ PORTALI

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin