fbpx

Parisdə Fələstinə dəstək nümayişi keçirildi

Videoları sosial şəbəkə hesablarımızda izləmək üçün bu hesablara abone olBEY.AZ informasiya agentliyi xəbər verir

Parisdə minlərlə insan polisin müdaxiləsinə və yağışa baxmayaraq Respublika meydanına toplaşaraq Fələstinə dəstək nümayiş etdirib.

BEY.AZ xəbər verir ki, polis aksiyalara müdaxilə edib. Aksiyalar zamanı ümumilikdə 827 nəfər cərimələnib, 43 nəfər həbs edilib. Parisdə Fələstin xalqı ilə həmrəylik nümayiş etdirmək üçün bir araya gələnlər əllərində Fələstin bayraqları ilə yanaşı, “Azad Fələstin”, “Fələstin qalib gələcək, Fələstin qalib olacaq” kimi pankartlar daşıyıblar.

Ciddi təhlükəsizlik tədbirlərinin görüldüyü nümayişdə polis “Hamımız Fələstinliyik”, “Qəzzaya ağ fosfor yağır”, “Soyqırımı dayandırın” şüarları səsləndirən nümayişçiləri meydandan çıxarmağa çalışıb. Polislə bəzi nümayişçilər arasında qarşıdurma baş verib.

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz. #Parisdə #Fələstinə #dəstək #nümayişi #keçirildi

Bir Cevap Yazın

Başa dön tuşu