fbpx

Parklanmaya görə edilən cərimənin məbləği AÇIQLANDI

Rüya Yorumları burda
Videoları sosial şəbəkə hesablarımızda izləmək üçün bu hesablara abone ol BEY.AZ informasiya agentliyi xəbər verir

Parklanmaya görə edilən cərimənin məbləği açıqlanıb.

BEY.AZ Trend.az-a istinadən xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat nazirliyindən məlumat verilib. Bildirilib ki, parklanmaya görə ödənişin edilməməsi və ya parklanma yerindən ödəniş edilən müddətdən artıq istifadə üçün əlavə ödənişin edilməməsi, nəqliyyat vasitəsinin qanunla müəyyən olunan parklanma üsulunu pozmaqla parklanmasına görə şəxs İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə 10 manat məbləğində cərimə edilir.

Xatırladaq ki, parklanma üçün qanunsuz pul yığımının qarşısının alınması məqsədilə ödənişlər iki aydır yalnız nağdsız qaydada mobil tətbiq üzərindən və sms vasitəsilə həyata keçirilir. Yeni qaydaların tətbiqi ilə bu sahədə şəffaflaşma müşahidə edilir.

Bu günə olan statistikaya əsasən, 180 minədək insan mobil tətbiqi yükləyərək qeydiyyatdan keçib. 16 mindən çox şəxs isə balansın artırılması əməliyyatını həyata keçirib.

Parklanma yerlərinin yeni qaydalar əsasında idarə edilməsi bu sahədə nizam-intizamın yaradılmasına, qanunsuz pul yığımının qarşısını almaqla maliyyə şəffaflığının təmin olunmasına xidmət edir.

Rüya tabirlerini burdan oku

Parklanmaya tələbat az olan ərazilərdə qiymət tənzimlənməsi tətbiq edilmir. Yaşayış yeri parklanma zonasına yaxın olan sakinlərdən ödəniş tələb olunmur. Bunun üçün xüsusi parklanma talonları mövcuddur. Qanunvericiliyə əsasən, ödənişli parklanma ilə bağlı digər hallarda isə imtiyazlar nəzərdə tutulmayıb

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz. #Parklanmaya #görə #edilən #cərimənin #məbləği #AÇIQLANDI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu