fbpx

Parklanmaya görə bu qaydada ödəniş etmək qanunsuzdur

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


Ökədə yeni parklanma qaydaları tətbiq edilsə də qanunsuz pul yığanlar yenə iş başındadır.

Metbuat.az xəbər verir ki, parklanma ödənişləri onlayn formada olsa da “parkovşik”lər ərazilərdən yığışmayıb.

Belə ki, həmin “işbaz”lar sürücülərdən nağd pul tələb edirlər.

Rüya tabirlerini burdan oku

Məsələ ilə bağlı Baku.ws-ə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Tural Orucov bildirib ki, parklanmaya görə nağd pul ödənişləri qanunsuzdur: “7 avqust tarixindən etibarən nəqliyyat vasitələrinin parklanmasına görə nəzərdə tutulan ödənişlərin yığımı yalnız nağdsız qaydada həyata keçirilir.

Belə ki, küçə parklanma yerlərindən istifadəyə görə sürücülərdən nağd şəkildə hər hansı bir ödəniş tələb oluna bilməz. Sürücülərə bunu nəzərə almalarını və qanunsuz ödənişlər etməməyi tövsiyə edirik. Sürücülərdən parklanma adı ilə nağd pul tələb edilməsi tam qanunsuzdur”.

Tural Orucov əlavə edib ki, ödənişləri mobil tətbiq, sms və ödəmə terminalı vasitəsilə etmək mümkündür “Ödənişli parklanmanın tətbiqinə ilk olaraq mərkəz və 1-ci zona olmaqla, mərhələli şəkildə başlanılıb.

Sürücülər avtomobili park etdikdən dərhal sonra mobil tətbiqi açmalı və parklanmanın başladığını təsdiq etməlidirlər. SMS vasitəsilə ödəniş etmək istəyənlər isə parklanma başladıqda avtomobilin dövlət qeydiyyat nişanı, parklanma məntəqəsinin nömrəsi və parklanma yerini 1181 qısa nömrəsinə göndərməlidirlər. Əks halda sürücülərə qarşı cərimə tətbiq ediləcək. Parklanma yeri kimi müəyyən edilməyən yerlərdə avtomobillərini park edənlər də cərimələnəcəklər.

Parklanma yerlərində müəyyən olunmuş parklanma qaydalarına riayət olunması, ödəmələrin həyata keçirilməsinə nəzarət, o cümlədən ərazidə maarifləndirmə və məlumatlandırma məqsədilə nəzarətçilər, eləcə də “Nəqliyyat Könüllüləri” prosesə cəlb olunublar”.

Məlumat üçün bildirək ki, həftənin bazar günləri fəaliyyət göstərən zonalar üzrə parkinqlər pulsuzdur.

Bakı şəhərində nəqliyyat vaitələrinin parklanmasına görə ödənişin MƏBLƏĞİ





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Parklanmaya #görə #qaydada #ödəniş #etmək #qanunsuzdur

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu