fbpx

Parlamentdə həbsdə olan Misir Qasımlı ilə bağlı məsələ qaldırılıb

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


Milli Məclisin bu gün keçirilən plenar iclasında Ukraynada həbsdə olan Vətən Müharibəsi iştirakçısı Misir Qasımlı ilə bağlı məsələ qaldırılıb.

Metbuat.az xəbər verir ki, deputat Məlahət İbrahimqızı Azərbaycan-Ukrayna Parlamentlərarası dostluq qrupunun bu məsələyə diqqət yetirməsini istəyib.

“Misirli Qasım Ukraynada erməni əsilli ispan tərəfindən şərlənib və bu iş üzrə heç bir sübut təqdim olunmayıb. Təəssüflər olsun ki, Ukraynadakı səfir bu hadisələrə laqeyd yanaşır. Bir neçə dəfə Azərbaycan diasporundan mediaya məlumat verilib ki, bu məsələ diqqətdədir. Amma bir il yarımdan çoxdur ki, heç bir sübut ortaya qoyulmur, hər dəfə məhkəmə təxirə salınır. Onun vəkili dəfələrlə iş üzrə heç bir sübut olmadığını bildirib. Mən müraciət edirəm ki, Azərbaycan-Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qrupu Ukrayna Ali Radasına müraciət etsin və bu məsələnin tezliklə bitməsini tələb etsin”,- deyə M.İbrahimqızı vurğulayıb.

Rüya tabirlerini burdan oku

Həmçinin Parlamentdə gündəlik məsələdə çıxışa yazıla bilməyən Razi Nurullayev də bu barədə fikirlərini feysbuk hesabında yazıb. O, Misir Qasımlıya mümkün köməkliyin göstərilməsi üçün çağırış edib:

“Ümid etmək isyəyirəm ki, Misir Qasımlı tezliklə azadlığına qovuşacaq. Ukraynada həbsdə olan Azərbaycan vətəndaşı, İkinci Qarabağ müharibəsi iştirakçısı Misir Qasımlı haqqında danışmaq istəyirəm. Bir ildən çoxdur ki, onu həbsdə saxlayırlar. Əllərində ciddi bir sübut da yoxdur. Misir Qasımlı erməni əsilli İspaniya vətəndaşı tərəfindən şərlənib. Misir Rusiyada yaşayıb, İkinci Qarabağ müharibəsi başlayanda o, Bakıya gələrək könüllü olaraq döyüşlərə qatılıb. Müharibədən sonra Ukraynaya gedib. 2021-ci ilin iyunun 8-i axşam saatlarında restoranda ad günü qeyd ediblər. Erməni əsilli şəxslə də burada tanış olub. Səhəri gün, yəni iyunun 9-da həmin adamın bıçaqlanma şikayəti əsasında Misir və dostu Sübhan da polis tərəfindən saxlanılıb. Sonradan məlum olub ki, şikayətçi milliyətcə erməni imiş. Şikayət edən şəxs M.Qasımlı bölməyə aparılandan 2-3 saat keçmədən İspaniyaya qayıdıb və heç bir məhkəmə prosesində iştirak etməyib. Qarşı tərəfin vəkilinin də erməni olmasını demək yerinə düşər.

Misir Qasımlı Kiyev Apelyasiya Məhkəməsində çıxış edərkən deyib ki, “2-3 nəfəri öldürən adamı azadlığa buraxırlar, amma mənim heç bir günahım olmadığı halda məni buraxmırlar. İkinci Qarabağ müharibəsində döyüşdüyümə görə ermənilər mənim başıma pul qoyublar. Bu erməni “Telegram” kanallarında da var. Mən beynəlxaq insan haqları təşkilatlarına, eyni zamanda Azərbaycanda, Ukraynada fəaliyyət göstərən təşkilatlara müraciət edirəm ki, bu işə diqqətlə yanaşsınlar. Çünki mənim həbsim sifarişlidir, siyasi məsələdir”.

O, ittiham tərəfinin qərəzli olduğunu, məhkəmənin isə haqsızlığa göz yumduğunu deyib: “Prokuror deyir ki, Misir Qasımlı Qarabağda döyüşüb, o təhlükəlidir. Mən öz vətənim üçün döyüşmüşəm, Vətən üçün döyüşənlər təhlükəli olur, yoxsa qəhrəman? Onda belə çıxır ki, indi öz vətəni üçün döyüşən ukraynalılar da təhlükəlidirlər? Hakimlər də gəlib məhkəmədə susub otururlar. heç nə deyə bilmirlər. Çünki onlar da bilirlər ki, mən haqlıyam”.

Qeyd edim ki, hörmətli deputat həmkarımız Rüfət Quliyev də məsələdən xəbərdardır və müəyyən işlər görür. Bu məsələdə Misir Qasımlıya bütün mümkün köməkliklərin göstərilməsinə çağırış edirəm”.

Xatırladaq ki, Misirli Qasımlı Kiyevdə ermənilərin şikayəti əsasında saxlanılıb. Ona qarşı adam oğurluğuna cəhd və soyğunçuluq maddələri ilə cinayət işi açılıb, lakin bir ildir bu ittihamlar sübuta yetirilməyib. Ukraynada həbsdə olan 29 yaşlı Misir Qasımlı “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edilib.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu