Partlayışda yaralanan Aysel özünə gəldi
BEY.AZ informasiya agentliyi xəbər verir
“Location” gecə klubunda yanğınla nəticələnən partlayışda xəsarət alan bloqçu Aysel Şükürova müalicə aldığı xəstəxanada özünə gəlib.
Metbuat.az xəbər verir ki, bu barədə stilist Samiraldo öz insaqram səhifəsində paylaşım edib.
Samiraldo ilə bərabər Əməkdar artist Elza Seyidcahan da bloqçunun yanına gedib.
Qeyd edək ki, hadisə 3 apreldə Səbail rayonu, Tərlan Əliyarbəyov küçəsində yerləşən gecə klubunda baş verib. Partlayış zamanı ümumilikdə 37 nəfər müxtəlif dərəcəli xəsarət alıb, iki nəfər vəfat edib. Baş vermiş partlayış zamanı xəsarət alanlardan iki nəfər xarici ölkə vətəndaşıdır. Həmçinin 14 avtomobil, bir mənzil və iki qeyri-yaşayış obyektinə də ziyan dəyib, üç nəfər həbs edilib.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.