fbpx

Paşinyan İlham Əliyevlə danışıqları vacib adlandırıb

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir



“Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyevlə görüş müsbət addım idi, bu, regionda sülhün bərqərar olması, sülh müqaviləsinin razılaşdırılması və sərhədlərin delimitasiyası üçün vacibdir”.

Metbuat.az “Sputnik-Ermənistan”a istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin iclasında mayın 14-də Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyevlə görüşə münasibət bildirərkən deyib.

Paşinyan Brüsseldə Ermənistan və Azərbaycanın bir-birinin ərazi bütövlüyünü tanımasını mühüm addım adlandırıb. O, hökumətin iclasında bildirib ki, Belçika paytaxtında Azərbaycan Ermənistanın 29,8 min, Ermənistan isə Azərbaycanın 86,6 min kvadratmetr ərazisini tanıyıb.

Onun sözlərinə görə, bu, regionda sabitliyin bərqərar olmasına və sülh müqaviləsi mətninin yekunlaşdırılmasına imkan verəcək.

Rüya tabirlerini burdan oku

“Növbəti addım delimitasiya komissiyasının formalaşdırılmasının hüquqi əsaslarının müəyyən edilməsi olmalıdır”, – Paşinyan söyləyib.

“Vurğulamalıyam ki, Brüsseldə dəmir yolu xəttinin blokdan çıxarılması ilə bağlı müsbət rəy formalaşıb. Amma keçmiş təcrübəni nəzərə alaraq hələlik bunun təfərrüatlarını açıqlamayacağam”, – o əlavə edib.





Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Paşinyan #İlham #Əliyevlə #danışıqları #vacib #adlandırıb

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu