Paşinyan Qarabağda ermənilərin qalmaması səbəbindən danışdı
“Qarabağdakı özünü ləğv etmiş keçmiş separatçı rejimin rəsmi Bakı ilə danışmaq imkanı olsa da dialoqdan imtina edib”.
BEY.AZ Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan parlamentdə çıxışında deyib.
“Qarabağ ermənilərinin Avropa platformalarında Azərbaycanla dialoq başlamaq imkanı var idi, ancaq onlara qadağa qoyulduğu üçün bunu etmədilər. Bunu qadağan edən mən deyildim, bilməzdim və etməzdim də”.
Paşinyan qeyd edib ki, Qarabağdakı separatçılar mövcud vəziyyətə adekvat reaksiya verə bilməyiblər.
“Qarabağda erməni qalmayıb, çünki hamımız sadə bir reallığı, yəni Qarabağdakı erməni əhalinin Azərbaycanın tərkibində öz müqəddəratını təyin etmək hüququna malik olduğunu qəbul etmədik”, – Ermənistan Baş naziri Nikol Paşinyan əlavə edib.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.