fbpx

Paşinyan Şahramanyana qondarma rejimin ləğvi ilə bağlı şəxsən çağırış edib

Rüya Yorumları burda
Videoları sosial şəbəkə hesablarımızda izləmək üçün bu hesablara abone ol BEY.AZ informasiya agentliyi xəbər verir

“Paşinyan şəxsən Şahramanyanı “Dağlıq Qarabağ”ın ləğvi haqqında fərmanı imzalamağa çağırıb”.

BEY.AZ xəbər verir ki, bu barədə Ermənistanın “Hraprak” nəşri məlumat yayıb.

Nəşr qeyd edib ki, Nikol Paşinyan Samvel Şahramanyanın imzaladığı fərmanın mətnindən əvvəlcədən məlumatlı olub. Ermənistanın baş naziri şəxsən Şahramanyanı Azərbaycanın bütün tələbləri ilə razılaşaraq hərbi eskalasiyanı dayandırmaq üçün hər şeyi etməyə çağırıb:

“Xüsusən də azərbaycanlılar “Artsax”ın ləğvi, dövlət qurumlarının, ordunun ləğvi, silah-sursatın Azərbaycan Respublikası Silahlı Qüvvələrinə verilməsi haqqında qərarda öz əksini tapmış tələblərini Qarabağ ermənilərinə çatdıranda Şahramanyan Təhlükəsizlik Xidmətinin rəhbəri Armen Abazyan direktoru Armen Abazyanla əlaqə saxlayıb. Onun vasitəçiliyi ilə Paşinyanla yalnız bir telefon danışığı aparıb. Həmin zaman Paşinyan dərhal Azərbaycanın bütün tələblərini yerinə yetirməyə çağırıb”, – deyə KİV yazıb.

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz. #Paşinyan #Şahramanyana #qondarma #rejimin #ləğvi #ilə #bağlı #şəxsən #çağırış #edib

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu