fbpx

Paşinyan xalqa müraciət etdi – Çıxışında bu detal DİQQƏT ÇƏKDİ

Rüya Yorumları burda
Videoları sosial şəbəkə hesablarımızda izləmək üçün bu hesablara abone ol BEY.AZ informasiya agentliyi xəbər verir

Ermənistan Baş naziri Nikol Paşinyan canlı yayımda xalqa müraciət edib. Onun çıxışında separatçı rejim barədə bir kəlmə də deməməsi separatçıları “kədərləndirib”.

Metbuat.az bildirir ki, o, çıxışında sülh barədə danışıb, qondarma “dövlət” barədə isə heç nə deməyib. Paşinyan qeyd edib ki, regionda sülh Ermənistanın təhlükəsizliyini, o cümlədən müstəqilliyini və suverenliyini təmin edən amildir:

“Bu yol asan deyil, həm xarici, həm də daxili təlatümlərdən keçir. Amma biz müstəqillik, dövlətçilik, gələcək naminə məhz bu yolu keçməliyik. Almatı Bəyannaməsindən imtinaya çağırış, əslində, Ermənistanın müstəqilliyi və ərazi bütövlüyündən imtinaya çağırış deməkdir. Bu gərgin regional vəziyyətdə sülhdən danışmaq lazımdır və onu atəşkəslə qarışdırmamalıyıq.

Bu gün biz çətin dövrlərdən keçirik, amma başa düşmək vacibdir ki, niyə bu yolu keçməliyik. Sülh lazımdır. Bu, təhlükəsizliyi, müstəqilliyi, suverenliyi təmin edən amildir. Çoxları hesab edir ki, bu gərgin regional vəziyyətdə sülhdən danışmaq mümkün deyil, lakin məhz bu şəraitdə sülhdən danışmaq lazımdır və bunu atəşkəslə qarışdırmaq olmaz. Bu çətin yol daxili və xarici sarsıntılardan keçir və biz dövlətçilik, müstəqillik, gələcək naminə bu yolu keçməliyik“.

O deyib ki, 1991-ci ildə respublikanın SSRİ-dən ayrılması ilə bağlı Almatı bəyannaməsi Ermənistanın müstəqilliyinin əsas amillərindən biridir.

Rüya tabirlerini burdan oku
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz. #Paşinyan #xalqa #müraciət #etdi #Çıxışında #detal #DİQQƏT #ÇƏKDİ

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu