Paşinyandan sülh sazişi ilə bağlı AÇIQLAMA
“Sazişin əsas prinsipləri razılaşdırılıb, bütün bunları sülh sazişinin mətninə köçürmək qalır”.
BEY.AZ “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, hər gün sülh sazişinin imzalanması üçün əla fürsətdir:
“Sülh müqaviləsinin mətni ətrafında razılaşmalar əldə edilməlidir. Daha doğrusu, bu razılaşmalar 6 oktyabr 2022-ci ildə Praqada, sonra Soçidə, daha sonra isə Brüsseldə əldə edilib. Hesab edirəm ki, bu işi çox tezliklə başa çatdırmaq imkanımız var”.
MÜHASİBATLIQ XİDMƏTİ | TÜRKÇE BİLGİ PORTALI |