fbpx

“Paşinyanın əleyhdarı olan iki qrup var, onların məqsədi…”

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


Xəbər verdiyimiz kimi, mayın 2-dən Ermənistanın paytaxtı İrəvanda müxalifət qüvvələrinin təşkil etdiyi etiraz aksiyaları yenidən başlayıb.

Metbuat.az xəbər verir ki, etirazçılar hakimiyyətin istefasını tələb edirlər. Artıq 200 dən çox etirazçı saxlanılıb. Ermənistan mətbuatının məlumatına görə, “Müqavimət” Hərəkatının liderlərindən biri İşxan Sağatelyan jurnalistlərə açıqlamasında saxlanılan şəxslərdən 40-ının İkinci Qarabağ müharibəsinin iştirakçısı olduğunu bildirib.

Bundan başqa, Baş nazir Nikol Paşinyanın istefası tələbi ilə keçirilən aksiya iştirakçılarından biri vəfat edib. O, paytaxtdakı Fransa meydanında qurulan çadırda gecələyirmiş.

Rüya tabirlerini burdan oku

Sosial Tədqiqatlar Mərkəzinin Mətbuat Xidmətinin rəhbəri Əziz Əlibəyli saytımıza açıqlamasında bildirib ki, müxalifətin məqsədi Paşinyanı istefaya dəvət etməkdir:

“Əsas məsələ ondan ibarətdir ki, bu aksiyalar Ermənistan daxilində etirazçı kütlələrinin arqumentlərinin nəticələnməsi yekununda Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması üçün cavabdeh tərəf olan Paşinayanın rahat şəkildə sülh şərtlərinə imza atmasını təmin etməkdir. Bu mənada Azərbaycan və Paşinyanın əleyhdarı olan 2 qrup var. Birincisi, Qarabağ erməniləri və ya separatçılar, ikincisi, keçmiş hakimiyyətin qalıqları, o cümlədən, ordudakı bəzi komandanlar və ya revanşistlərdir.

Etirazçı kütlələr Ermənistanın mərkəzi meydanın doldura biləcək sayda deyil. Paşinyan əleyhdarlarının istifadə etdikləri arqumentlər bundan ibarətdir ki, Paşinyan Qarabağı Azərbaycana satıb, bundan sonra isə sərhədi Türkiyəyə verməkdədir. Bu məntiqlə hərəkət edən müxalifət xalqın hisslərini istismar edərək meydana çıxarmağa çalışırlar. Oynadıqları digər kart isə Paşinyanı istefaya dəvət edərək bütün ümumdünya erməniliyinin təəssübkeşliyini qabartmağa çalışırlar ki, burada əsas məsələ Artsax məsələsidir”.


Əziz Əlibəyli

Onun sözlərinə görə, Paşinyanın burada hədəfləri var və hazırda müxalifət Paşinyan qarşısında zəifdir:

“Əslində, Paşinyanın özü də bu kütlələrin verdiyi qərarlarda maraqlıdır. Ya mərkəzi hakimiyyət onlar üzrərinə ciddi basqı yaratsın, ya da Azərbaycan əleyhinə müharibədə çox maraqlıdır olan yarım hərbiləşmiş ehtiyatlı qüvvələri var ki, sərhəddə baş verən kiçik əməliyyatlarda iştirak etsinlər. Bütün hallarda Paşinyanın hədəflədiyi həmin qüvvələrin ləğvidir. İkinci isə Azərbaycana şərait yaratmaqla bu məsələdə Azərbaycandan dəstək almaq və sülh müqaviləsinə imza atmaqdır. İndiki halda Paşinyanın asılı olduğu mərkəzləri nəzərdən keçirsək, Moskva, Paris, Vaşinqtonda Paşinyanın güclü və ciddi mövqeləri var. Bu baxımdan müxalifət Paşinyana qarşı zəifdir. Sülh müqaviləsinə aparacaq reallıqları isə Paşinyan mütləq şəkildə yaratmış olacaq”.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu