fbpx

“Paşinyanın impiçmentini elan etmək üçün 18 deputat parlamentə məcburi şəkildə gətiriləcək” – Ohanyan

Rüya Yorumları burda

İrəvanda etirazlar davam edir. Etirazçılar Paşinyanın impiçmentini tələb edirlər.

Bey.az xəbər verir ki, bu barədə Ermənistanın keçmiş müdafiə naziri, “Ermənistan” blokundan olan deputat Seyran Ohanyan Milli Assambleyanın binası yaxınlığında keçirilən mitinqdə deyib.

O bildirib ki, Baş nazir Paşinyanın impiçmentini elan etmək üçün deputatlar yerli vaxtla saat 01:15-də parlamentə gəlməlidirlər. Əks halda, məcburi şəkildə parlamentə gətiriləcəklər.

Paşinyana qarşı impiçment prosesinin başlanması ilə bağlı sənədin altına 35 deputat imza atıb

“Ermənistan və mən həmişə bu barədə danışmaqdan şərəf duyuruq. Baş nazir Nikol Paşinyana qarşı impiçment prosesinin başlanması ilə bağlı sənədə 35 deputat imza atıb. Mən sizə bir zabit sözü verirəm. Prosedura başlamaq üçün müxalifət fraksiyalarından olan deputatların 35 imzası var. Amma bunu başa çatdırmaq üçün “Vətəndaşi Müqavilə”sindən daha 18 deputatın imzası lazımdır”, – deyə Ohanyan qeyd edib.

Rüya tabirlerini burdan oku

O, xalqın Paşinyanı devirmək səlahiyyətinin olduğunu bildirib.

“Bizim vəzifəmiz bu uğursuz hakimiyyəti aradan qaldırmaq, beynəlxalq platformada Ermənistanı təmsil edən danışıq aparatını kənarlaşdırmaqdır. Yalnız güclü yumruq Ermənistan və Qarabağı indiki vəziyyətdən çıxara bilər”, – Ohanyan deyib.

Qeyd edək ki, erməni KİV-ləri Paşinyanın bunkerə sığındığını və oradan Facebook vasitəsilə əlaqə saxladığını yazır. konkretaz

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu